Xocavənd Rayon Məhkəməsində “Açıq qapı” günü keçiriləcəkdir
28 noyabr 2025 | 10:58
Xocavənd rayon sakinlərinin NƏZƏRİNƏ
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il tarixli 28 dekabr Sərancamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.
Bununla əlaqədar olaraq məhkəmədə Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30-cu ildönümü, Vətən müharibəsində Qələbənin 5-ci ildönümü, habelə dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün bərpasının qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Tədbirlər çərçivəsində Xocavənd rayon sakinlərinə hüquqi yardım göstərmək məqsədi ilə Xocavənd Rayon Məhkəməsində 01 dekabr 2025-ci il tarixdə “Açıq qapı” günü keçiriləcəkdir.
Xocavənd Rayon Məhkəməsi






