Şriftin ölçüsü :

Saytın rəngi :

01 avqust Azərbaycan əlifbası və Azərbaycan dili Günü ilə bağlı tədbir keçirilmişdir

01 avqust 2025 | 15:24

01 avqust Azərbaycan əlifbası və Azərbaycan dili Günü ilə bağlı tədbir keçirilmişdir.

01 avqust 2025-ci il tarixində Xocavənd Rayon İcra Hakimiyyətinin inzibatı binasında 1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili Günü ilə bağlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Azər Süleymanov hər bir xalqın varlığında doğma dilin önəmi, ana dilimiz, əlifbamız və onun qorunması üçün təsis edilmiş Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü haqqında ətraflı məlumat verib. O bildirib ki, Ana dili və əlifbası hər bir xalqın milli sərvəti, varlığının təsdiqi və kimliyidir. Azərbaycan xalqının başqa sərvətləri kimi əlifbası və dili də zaman-zaman yadelli işğalçıların təzyiqinə məruz qalsa da, millətin öz taleyinə sahibliyi və dilimizin zənginliyi onun məhv olmasına imkan verməyib. Latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması ilə bağlı qərar müstəqilliyimizin ilk ili olan 1991-ci ildə qəbul edilsə də, bütövlükdə yeni əlifbaya keçid prosesinin başlanması və onun uğurla başa çatdırılması müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin ideyalarını layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə böyük həssaslıqla yanaşır. Prezident İlham Əliyevin həyata keçirdiyi mühim və uğurlu tədbirlərdən biri 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi prosesini sürətləndirib və milli kitabxana fondunu zənginləşdirib. Daha sonra  çıxış edənlər bildirdilər ki, Azərbaycan dilinin və əlifbasının qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün və gələcəyimizin ən zəruri məsələlərindəndir. Çünki bu dil 50 milyondan artıq soydaşımızı birləşdirən və doğmalaşdıran atributdur. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbədən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.

 

Keçidlər