Şriftin ölçüsü :

Saytın rəngi :

02 oktyabr 2026-cı il tarixində rayon sakinləri ilə növbəti səyyar qəbul keçirilmişdir

02 oktyabr 2026 | 14:38
02 oktyabr 2026-cı il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun 320 ailəlik qəsəbəsində məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda rayon sakinləri, İcra Hakimiyyətinin əməkdaşları iştirak etmişlər. Görüşü giriş sözü ilə açan İcra Hakimiyyətinin başçısı sakinləri və tədbir iştirakçılarını səmimi qəlbdən salamlamışdır. O, bildirmişdir ki, hər zaman olduğu kimi son bir ay ərzində də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti gərgin və xüsusilə məhsuldar iş qrafiki ilə yadda qalmışdır. Həm diplomatik müstəvidə, həm də ölkədaxili quruculuq və regional inkişaf sahəsində bir sıra mühüm görüşlər, strateji qəbullar və səfərlər həyata keçirilmişdir.
Xarici siyasət sahəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik şuralarının rəhbər şəxsləri ilə keçirilən görüş xüsusi önəm kəsb etmişdir. Görüş zamanı Türk dünyasının birliyi, regional təhlükəsizlik məsələləri və təşkilatın beynəlxalq arenada rolunun artırılmasının vacibliyi vurğulanmışdır. Eyni zamanda, Türkiyə Respublikasının xarici işlər nazirinin qəbul edilməsi Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin sarsılmazlığını və regional sabitliyin təminatında birgə fəaliyyətin rolunu növbəti dəfə nümayiş etdirmişdir. Beynəlxalq təmaslar çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə Şuşa şəhərində ikitərəfli yüksək səviyyəli görüş keçirilmiş, strateji əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Həmçinin Hindistanın Baş naziri Narendra Modi və digər xarici nümayəndə heyətləri ilə faydalı təmaslar baş tutmuşdur.
Bununla yanaşı, dövlət başçısının son günlərdəki intensiv iş qrafiki bir sıra digər mühüm beynəlxalq və hərbi-sənaye tədbirləri ilə də zəngin olmuşdur. Xüsusilə, sentyabrın sonunda Bakı Ekspo Mərkəzində təşkil edilən “ADEX” Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” Beynəlxalq Daxili Təhlükəsizlik Sərgisi ilə tanışlıq ölkəmizin müdafiə sənayesi potensialının və təhlükəsizlik imkanlarının nümayişi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, dövlətimizin başçısı sentyabrın əvvəlində Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısında iştirak edərək, Azərbaycanın çoxvektorlu xarici siyasətini və regional əməkdaşlıq platformalarındakı fəal mövqeyini bir daha nümayiş etdirmişdir.
Daxili səfərlər və mədəni-tarixi irsə qayğı baxımından Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şamaxı rayonuna səfərini qeyd etmək lazımdır. Səfər çərçivəsində “Nəsimi Bağları” kompleksi ilə tanışlıq olmuş, Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya və bərpa işlərinə baxış keçirilmişdir. Bu səfər ölkə rəhbərliyinin tarixi-mədəni irsimizə olan yüksek diqqətinin bariz nümayişidir.
Toplantıda xüsusi olaraq vurğulanmışdır ki, işğaldan azad edilmiş torpaqlarımızda irimiqyaslı yenidənqurma və tikinti-abadlıq işləri ardıcıl olaraq reallaşdırılır, Böyük Qayıdış proqramı uğurla həyata keçirilir. Bu prosesin mühüm tərkib hissəsi kimi Xocavənd rayonu istiqamətində də məskunlaşma dinamik şəkildə davam edir. Belə ki, 2025-ci ilin oktyabr ayından etibarən keçən müddət ərzində rayonun 8 yaşayış məntəqəsinə 1097 ailə (ümumilikdə 4435 sakin) öz ata-baba yurdlarına qayıtmışdır. Görüşün yekununda qəbulda iştirak edən hər bir sakinin müraciət və təklifləri fərdi qaydada dinlənilmişdir.
Keçidlər