Şriftin ölçüsü :

Saytın rəngi :

“05 Mart - Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş voleybol (kişilər) üzrə Xocavənd rayon birinciliyi keçirildi

05 mart 2024 | 09:06
  “05 Mart - Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş voleybol (kişilər) üzrə Xocavənd rayon birinciliyi keçirildi.
  05 mart 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə gənclər və idman sektoru və Xocavənd Uşaq-Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə 320 ailəlik qəsəbədə yerləşən Tuğ kənd 1 saylı tam orta məktəbin idman zalında “05 Mart - Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş voleybol (kişilər) üzrə Xocavənd rayon birinciliyi keçirildi.
  “Bədən Tərbiyəsi və İdman Günü”nü qeyd etmək, idmanın voleybol növünü bədən tərbiyəsi kollektivləri arasında kütləviləşdirmək, perspektivli voleybolçuları aşkar etmək, əhalinin asudə vaxtının səmərəli və mənalı keçirilməsini təmin etmək məqsədi ilə keçirilən birinciliyə 6 voleybol komandasından ümumilikdə 60 nəfər qatılmışdır.
  Yarışda Tuğ kəndinin “Qarabağ” voleybol komandası birinci yerə, Xocavənd rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin voleybol komandası ikinci yerə, Xocavənd Sukanal sahəsinin voleybol komandası isə üçüncü yerə çıxdı. Qaliblər diplom və kubokla təltif olundular.
Keçidlər