Şriftin ölçüsü :

Saytın rəngi :

08 iyul 2026-cı il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir

08 iyul 2026 | 10:15
08 iyul 2026-cı il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda rayon sakinləri, İcra Hakimiyyətinin əməkdaşları iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov qəbulda çıxış edərək bildirib ki, son günlər ərzində ölkəmizin xarici siyasi əlaqələrinin gücləndirilməsi, regional təhlükəsizlik və strateji tərəfdaşlıq platformalarının genişləndirilməsi baxımından mühüm rəsmi görüşlər və tədbirlər keçirilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşan ali səviyyəli qəbullar və dialoqlar Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunu və strateji rolunu bir daha bariz şəkildə nümayiş etdirir.
Dövlət başçısının intensiv işgüzar fəaliyyəti çərçivəsində, xüsusilə iyulun ilk günlərində Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə keçirilən strateji görüş ölkəmizin Avropanın enerji təhlükəsizliyində və yaşıl enerji dəhlizlərinin inkişafında əvəzedilməz rolunu növbəti dəfə təsdiqləmişdir. Bununla yanaşı, Xəzər hövzəsi və Mərkəzi Asiya regionu ilə iqtisadi-loqistik bağların gücləndirilməsi istiqamətində Türkmənistan Prezidentinin ölkəmizə reallaşan rəsmi səfəri çərçivəsində Trans-Xəzər nəqliyyat marşrutunun potensialının genişləndirilməsi diqqət mərkəzində saxlanılmışdır. Həmçinin Bakıya səfər edən xarici ölkələrin xüsusi nümayəndə heyətləri, nazirlər və qlobal şirkət rəhbərləri ilə aparılan danışıqlarda ölkəmizin investisiya mühitinin cəlbediciliyi və transmilli layihələr uğurla müzakirə edilmişdir. Yekun olaraq qeyd edilmişdir ki, möhtərəm Prezidentimizin keçirdiyi çoxşaxəli görüşlər ölkəmizin milli maraqlarının qorunmasına və Azərbaycanın qlobal arenada etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.
Qeyd edilmişdir ki, Qarabağda həyata keçirilən "Böyük Qayıdış" proqramı uğurla icra olunur. 2026-cı ilin ilk rübü ərzində cənab Prezident Xocavənd rayonuna iki dəfə səfər etmiş, vətəndaşların problemləri ilə maraqlanmış, onlara yeni evlərin açarlarını təqdim etmişdir. Ümumilikdə ötən ilin oktyabrından bu günədək Xocavənd rayonunun 8 yaşayış məntəqəsinə 3763 nəfər - 918 ailə qayıdıb.
Sonda qəbulda iştirak edən sakinlərin hər biri ayrılıqda dinlənilərək qaldırılan bütün məsələlər nəzarətə götürülmüş və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.
Keçidlər