Şriftin ölçüsü :

Saytın rəngi :

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqların Beyləqan rayonunda yerləşən Gənclər Mərkəzinə ekskursiyası təşkil edilmişdir

01 iyun 2026 | 09:08
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqların Beyləqan rayonunda yerləşən Gənclər Mərkəzinə ekskursiyası təşkil edilmişdir.
Xocavənd Rayon İcra Hakimiyyəti və YAP Xocavənd Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqların Beyləqan rayonunda yerləşən Gənclər Mərkəzinə ekskursiyası təşkil edilmişdir. Ekskursiyada Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, Aparatın əməkdaşları və ümumtəhsil müəssisələrinin uşaqları iştirak etmişlər. Konfrans zalında başlayan tədbirdə uşaqların Beynəlxalq Uşaq Günü ilə bağlı çıxışları dinlənilib. Şagirdlərin böyük marağına səbəb olan ekskursiyada onlar Gənclər Mərkəzində yaradılan şəraitlə tanış oldular, Ümummilli liderə, Zəfər tariximizə, Şəhidlərimizə həsr olunmuş stendlərə baxdılar, əyləncə otağında rəqs etdilər, uşaq filminə tamaşa etdilər.
Keçidlər