02 oktyabr 2013-cü il tarixdə rayonun Nərgiztəpə ərazisində Xocavənd rayonunun Ermənistan ordusu tərəfindən işğal olunmasının 21-ci il dönümü ilə əlaqədar tədbir keçirilmişdir.
02 oktyabr 2013-cü il tarixdə rayonun Nərgiztəpə ərazisində Xocavənd rayonunun Ermənistan ordusu tərəfindən işğal olunmasının 21-ci il dönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə hər birində Azərbaycan Respublikasının Dövlət bayrağı olmaqla, 60 nəfərdən ibarət rayon gənclərinin iştirakıyala rayonun Ermənistan ordusu tərəfindən işğal olunmasına etiraz əlaməti olaraq qoşunların təmas xəttində bir saatlıq sükut aksiyası keçirilmiş, vətənpərvərlik mövzularda şüarlar səsləndirilmiş, sükut iştirakçıları adından beynəlxalq təşkilatlara müraciət qəbul olunmuş və Nərgiztəpə ərazisində şəhidlərin xatirəsinə ucaldılmış “Şəhidlər” abidə - xatirə kompleksi istiqamətində yürüş keçirilmişdir. Sonra tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır. Tədbirdə ilk öncə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov xocavəndlilərin 4 il ərzində ermənilərə qarşı inadlı müqavimət göstərdiyini bu torpaqların hər qarışı uğrunda qanlar töküldüyünü, şəhidlər verildiyini, bu qeyri – bərabər döyüşlərdə rayonun uşaqlı – qadınlı, cavanlı - qocalı bütün sakinlərinin qəhrəmanlıqla iştirak etdiyini vurğulamışdır. Həmçinin tədbirdə iştirak edən Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə Heyətinin üzvü, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov və Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə Heyətinin üzvü Millət Vəkili Elman Məmmədov da öz çıxışlarında Xocavənd rayon sakinlərinin Qarabağ müharibəsi zamanı düşmənə qarşı əzmkarlıqla mübarizə apardıqlarını və münaqişə zamanı çox böyük itkilər verdiklərini bir daha vurğulamışdılar. Sonda tədbir rayon məktəblilərinin hazırladıqları ədəbi-bədii kompozisiya ilə başa çatmışdır.