05 oktyabr 2013-cü il tarixdə Rayon İcra Hakimiyyətinin İnzibati binasının akt zalında “Beynəlxalq Müəllim Günü”-nə həsr olunmuş tədbir keçirilmişdir.
06 oktyabr 2013 | 15:00
05 oktyabr 2013-cü il tarixdə Rayon İcra Hakimiyyətinin İnzibati binasının akt zalında “Beynəlxalq Müəllim Günü”-nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış Ümummmilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoymuşlar. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov “Müəllimlər Günü” münasibətilə bütün müəllimləri təbrik etmiş və onlara çətin və eyni zamanda şərəfli işlərində uğurlar arzulamışdır. Sonda fəaliyyətlərində fərqlənən müəllimlər Başçının Fəxri fərmanları və qiymətli xatirə hədiyyələri ilə təltif olunmuşlar.