10.11.2023-cü il tarixdə “Dövlət qulluqçularının etik davranışı” mövzusunda tədbir keçirilmişdir.
10.11.2023-cü il tarixdə “Dövlət qulluqçularının etik davranışı” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının, kənd və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin əməkdaşları iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Azər Süleymanov “Dövlət Qulluqçularının etik davranışı” qaydaları haqqında Azərbaycan Respublikası Qanunun məqsədlərindən, dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılmasından, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsindən, dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasından bəhs etmişdir. Daha sonra Qanunda nəzərdə tutulmuş hər bir etik davranış qaydası haqqında geniş məlumat verilmişdir. Azər Süleymanov “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun, eləcə də Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2018-ci il tarixli, 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın icrası ilə əlaqədar ətraflı məlumat verərək dövlət orqanlarında etik davranış qaydalarına daha ciddi riayət edilməsi, inzibati vəzifə tutan dövlət qulluqçuları, rəhbər vəzifəli şəxslər və dövlət qulluğuna yeni qəbul olunan şəxslərin etik davranış qaydaları sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi məsələlərinə aydınlıq gətirmişdir.