05 oktyabr 2013-cü il tarixdə Xocavənd rayonu, Xocavənd qəsəbəsi, Mərkəzi Rayon Xəstəxanasında “Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Cənab İlham Əliyevin təbliğat və təşviqat kompaniyası” çərçivəsində Yap Xocavənd Rayon təşkilatının seç
05 oktyabr 2013-cü il tarixdə Xocavənd rayonu, Xocavənd qəsəbəsi, Mərkəzi Rayon Xəstəxanasında “Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Cənab İlham Əliyevin təbliğat və təşviqat kompaniyası” çərçivəsində Yap Xocavənd Rayon təşkilatının seçicilərlə mitinq görüşü keçirilmişdir. 330 nəfərin qatıldığı mitinqdə 124 saylı Seçki dairəsindən Milli Məclisə üzv seçilmiş Millət Vəkili, Elman Məmmədov iştirak etmişdir. Tədbiri giriş nitqi ilə açan Yap Xocavənd rayon təşkilatının sədri Məhəmmədəli Bayramov Azərbaycan Respublikasının daxili və xarici siyasət sahəsində qazandığı uğurlardan danışdı. Tədbirdə çıxış edən Milli Məclisin üzvü Elman Məmmədov Respublikada aparılan abadlıq quruculuq işlərindən danışdı. Bu gün Dövlətimizin regionun lider dövlətinə çevrildiyini qeyd edən natiq, qazanılmış uğurların Yeni Azərbaycan Partiyasının sədri, Cənab Prezident İlham Əliyevin yürütdüyü düzgün siyaətin nəticəsində mümkün olduğunu vurğuladı. Sonda Elman Məmmədov 9 oktyabr 2013-cü il tarixdə keçiriləcək Prezident seçkilərində Xocavəndliləri aktiv olmağa və öz layiqli namizədlərinə səs verməyə çağırdı.