Şriftin ölçüsü :

Saytın rəngi :

“Hemofiliya, talassemiya və leykimiya xəstəliklərindən əziyyət çəkən uşaq və yeniyetmələrə dəstək olmaq və onların qana olan ehtiyaclarını qismən də olsa qarşılamaq məqsədilə” qanvermə aksiyası keçirilmişdir.

23 oktyabr 2013 | 15:00

22 oktyabr 2013- cü il tarixdə  Xocavənd rayonu “Xocavənd” qəsəbəsi, Mərkəzi Rayon Xəstəxanasında Xocavənd Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankının birgə hemofiliya, talassemiya və leykimiya xəstəliklərindən əziyyət çəkən uşaq və yeniyetmələrə dəstək olmaq və onların qana olan ehtiyaclarını qismən də olsa qarşılamaq məqsədilə qanvermə aksiyası keçirilmişdir. Aksiyada iştirak edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısı cənab Eyvaz Hüseynov rayon sakinləri ilə bərabər qan vermişdir. Başçı çıxış edərək hemofiliya, talassemiya və leykimiya xəstəliklərindən əziyyət çəkənlərə kömək etməyin hər kəsin vətəndaşlıq borcu olduğunu bildirmişdir. Gəlin, belə insanların taleyinə biganə qalmayaq və imkanımız yetdiyi qədər onlara öz yardım əlimizi uzadaq.Aksiyada iştirak edən  rayon sakinlərinin 400 nəfəri qan vermişdir.

Keçidlər