Gənc könüllülərlə görüş keçirilmişdir
Xocavənd Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə cəlb olunmuş gənclərlə görüş keçirilmişdir.Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirmişdir ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Sağlam gənclik sağlam nəsil deməkdir. Yaxın tarixi keçmişimizdə - Sovet dönəmində bu quruluşa xas stereotiplərə görə cəmiyyətdə mövqe sahibi olmaq, dövlət strukturlarında çalışmaq üçün bəlli bir yaş həddini keçməli idin. Belə bir quruluşda gəncliyin inkişafından və cəmiyyətdəki rolundan danışmağa dəyməzdi. Lakin Azərbaycan tarixi müstəqilliyini bərpa etdikdən, xüsusən də xalqın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlara başlandı. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir.
Başçı həmçinin çıxışı zamanı Azərbaycan Ordusunun qüdrəti haqqında da danışaraq bildirmişdir ki, nəinki Cənubi Qafqazda, hətta MDB məkanında sürətli iqtisadi-sosial inkişafa malik olan Azərbaycan qısa müddətdə güclü hərbi potensial yaratmaqla qüdrətli ordu sahibinə çevrilmişdir. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı öz uğurlu nəticələrini verir. Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrimizin hərbi-texniki təchizat səviyyəsi, nizam-intizamı və döyüş ruhu kifayət qədər yüksəkdir. Ən mühüm məqamlardan biri bundan ibarətdir ki, bu gün Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var. Silahlı Qüvvələrimiz hər bir vətəndaşın qürur mənbəyidir. Bu, olduqca vacib amildir. Çünki ordu cəmiyyətdə daxili özünə inamı, dövlətə etimadı gücləndirən əsas faktorlardan biridir. Bu gün Silahlı Qüvvələrimiz dünya reytinqində 50-ci pillədə qərarlaşır. Azərbaycan Ordusunin işğalçı Ermənistana öz hərbi gücünü göstərməsi üçün son bir neçə ildə xeyli imkanlar yaranıb. Xüsusilə 2016-cı ildə şanlı Aprel döyüşlərində Ermənistan ordusu Silahlı Qüvvələrimiz tərəfindən ağır zərbələr alaraq məğlubiyyətə uğradı.
İkinci belə bir zəfər döyüşü isə 2020-ci ilin iyulun 12-də erməni hərbi qüvvələrinin Tovuz rayonu istiqamətindəki təxribat xarakterli hücumunun qarşısı alınmaqla qarşı tərəfə əks-zərbə vurulanda baş tutdu. 100-dən çox hərbçisini və onlarla hərbi obyektləri məhv edilən Ermənistan silahlı qüvvələri hətta səngərləri qoyub qaçmağa başladılar.
Görüş gənclərlə qarşılıqlı müzakirə şəraitində davam etdi. Könüllülər bildirdilə ki, Mübariz İbrahimov , Fərid Əhmədov ,General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər qəhrəman oğullarımızın yolunun davamçısı və torpaqlarımızı işğaldan azad edənlərin sırasında olmaq gənclərimizin ən böyük arzusudur.