Şriftin ölçüsü :

Saytın rəngi :

18 oktyabr Müstəqillik günü münasibətilə ümumrayon tədbiri keçirilmişdir.

19 oktyabr 2013 | 15:00

18 oktyabr 2013-cü il tarixdə Xocavənd rayon “Xocavənd” qəsəbəsində Salakətin kənd tam orta məktəbin həyətində 18 oktyabr – Müstəqillik Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. Tədbiri “Xocavənd” ictimai-siyasi qəzetinin redaktoru Gültəkin Ağayeva  açaraq ilk öncə qonaqları salamladı, 18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpasının 22-ci ildönümü münasibəti ilə bütün rayon ictimaiyyətini təbrik etmiş və 22 illik inkişaf edən, güclənən Azərbaycan dövlətçiliyinin daha da qüdrətlənməsi işində hər kəsə uğurlar arzulamış və qeyd etmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan Müstəqil Azərbaycan Respublikası Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində milli təməl üzərində öz gələcəyini qurmuşdur. Bugün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş daxili və xarici siyasəti müstəqilliyimizi möhkəmləndirilməsinə, Azərbaycan xalqının rifahını təmin edilməsinə, tərəqqi, demokratiya yolunda addımlayaraq dövlətimizi daha xoşbəxt gələcəyə aparmağa istiqamətlənmişdir. Bu gün də müstəqillik yollarında Cənab Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Müstəqil Azərbaycan Respublikası günü – gündən güclənir, bütün sosial sferalarda böyük uğurlara imza ataraq, irəliyə uğurla addımlayır. Tədbirdə çıxış edən Salakətin kənd tam orta məktəbin tarix müəllimi Telli Alıyeva   Müstəqillik günü münasibəti ilə bütün rayon ictimaiyyətini təbrik etmişdir. Tədbir Salakətin kənd tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompazisyanın nümayiş etdirilməsi ilə başa çatmışdır.

Keçidlər