"Əsgərə məktub"layihəsi çərçivəsində Xocavənd könüllüləri Vətənimizin keşiyində cəsarətlə dayanan əsgərlərə məktub yazdılar
Yazılan sevgi, güvən dolu cümlələrdən bəzilərini sizlərə təqdim edirik.
" Düşmənə sancılan ən möhkəm silah sizin cəsarətiniz və Vətən sevginizdir."(Saray Həsənova)
"İgid əsgər, biz sizə siz isə Allaha əmanətsiniz. Sizinlə çiyin-çiyinə döyüşməyə hər zaman hazırıq"(Əkbərli Ziya)
"Vətənə xidmət andımız, amalımızdır". (Sənan Hüseynov)
"Sizlər bəzən şaxtalı, soyuq, bəzən isə isti günlərdə Vətən sevgisi ilə səngərdə dayanır, bizi qoruyursunuz". (Abbasov Camal)
"İgid əsgər, bu gün torpağı göz bəbəyin kimi qoru ki, onu gələcək nəsillərə qiymətli bir əmanət kimi ötürə bilək" (Oruclu Aytac)
"İgid əsgər, sən tək deyilsən, sən yüzlərlə, minlərləsən. Şəhidlərimizin qanı yerdə qalmayacaq. O günə az qalıb"(Süleymanov Adəm)
"Bu gün mən sizinlə təkcə rahat gecələr, sevincli günlər üçün deyil, həm də müstəlliyimizi bütün dünyaya bəyan edən üçrəngli bayrağı Lələtəpədə dalğalandırdığınız üçün fəxr edirəm"( Fərahim Əliyev)