Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətəni qoruyan və yaşadan qəhrəmandır” layihəsi çərçivəsində tədbir keçirilmişdir.

28 oktyabr 2013 | 16:00

27  oktyabr 2013-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti “Bakı Gənclər Klubu” İctimai Birliyi ilə birgə  “Vətəni qoruyan və yaşadan qəhrəmandır” layihəsi çərçivəsində  tədbir keçirmişdir. Tədbir iştirakçıları ilk öncə Xocavənd Rayon İcra Hakimiyyəti inzibati binası önündə ucaldılmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstləri qoymuşdurlar. Daha sonra tədbir iştirakçıları İcra Hakimiyyətinin akt zalında başçı cənab Eyvaz Hüseynovla görüşmüşdürlər. Başçı həyata keçirilən “Vətəni qoruyan və yaşadan qəhrəmandır” layihəsini çox yüksək qiymətləndirmişdir. Qeyd etmişdir ki, torpaqlarımızın 20%-nin işğal altında olduğu indiki zamanda qəhramanlarımızın gənclərə tanıdılması, məktəblilərin və gənclərin müharibə veteranları ilə mütamadi görüşlərinin təşkili gənc nəslin vətənpərvərlik ruhunda böyüməsini təmin edəcəkdir. Daha sonra tədbir iştirakçıları məktəblilər və gənclərin iştirakı ilə Rayon Mədəniyyət evində görüş keçirmişdir. Çıxış edən “Bakı Gənclər Klubu” İctimai Birliyinin üzvü, Bakı Dövlət Universitetinin müəllimi Atamoğlan Məmmədli Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsil həqiqətlərin, xalqımızın yaşamış olduğu faciə və soyqrımların gənc nəslə çatdırılmasının əhəmiyyətini vurğulamışdır. Daha sonra çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Şaiq Aslanov, Qaradağlı kənd icra nümayəndəsi Cavay Hüseynov, keçmiş döyüşçülər Müşviq Hüseynov, Zeynal İmanov öz döyüş xatirələrindən söhbət açdılar. Tədbirdə 150 nəfər iştirak etmişdir.

Keçidlər