Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində Ermənistanın yeni müharibəyə hazırlığı və təxribatçı əməlləri ilə bağlı həm Ermənistana, həm də onun havadarlarına çox ciddi və açıq mesajlar verdi.

22 sentyabr 2020 | 16:00

Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində Ermənistanın yeni müharibəyə hazırlığı və təxribatçı əməlləri ilə bağlı həm Ermənistana, həm də onun havadarlarına çox ciddi və açıq mesajlar verdi.
Təcavüzkar Ermənistan Azərbaycanı yeni müharibə, yeni əraziləri işğal edəcəyi ilə hədələyir və durmadan silahlanır. Ermənistanın faşist rəhbərliyi nəinki Azərbaycanı, həm də bütün bölgəni təhdid edən siyasət yütüdür. Təcavüzkar Ermənistanın növbəti soyqrımlar törətməsinə qətiyyən imkan vermək olmaz. Buna görə də Ermənistan dövləti rəşadətli Azərbaycan Ordusu tərəfindən vaxtında susdurulmalı, ərazilərimiz işğaldan tam azad edilməli, bölgədə sülh və tərəqqi təmin edilməlidir. Ermənistan unutmamalıdır ki, Azərbaycan heç zaman torpaqlarının işğal altında qalması ilə razılaşmayacaq. Azərbaycan mütləq öz ərazi bütövlüyünü bərpa edəcək və işğal edilmiş ərazilərimizi erməni terrorçularından təmizləyəcək. Cənab Prezident İlham Əliyev bununla bağlı çox açıq mesaj verərək bəyan etdi ki, “biz mütləq öz torpaqlarımıza qayıdacağıq. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Qədim, tarixi torpaqlarımıza mütləq qayıdacağıq”. Ermənistan bu mesajdan nəticə çıxarmalıdır, əks halda onu ağır nəticələr gözləyir.

Keçidlər