Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayonu Tuğ kəndinin Ermənistan ordusu tərəfindən işğal edilməsinin 22-il keçir.

31 oktyabr 2013 | 16:00

30 oktyabr 2013-ci il tarixdə Xocavənd rayonu Tuğ kəndinin Ermənistan ordusu tərəfindən işğal edilməsinin 22-ci ildönümü ilə əlaqədar Tuğ kənd 1 saylı tam orta məktəbinin həyətində məktəblilərin,kənd sakinləri və rayon ictimaiyətinin iştirakı ilə anım tədbiri keçirilmişdir.Tədbir rayon şəhidlərinin xatirəsinə bir dəqqəlik sukut elan edilməsi il başlanmışdır. Tədbiri giriş sözü ilə açan Xocavənd Rayon Tuğ kənd 1 saylı tam orta məktəbin direktoru Oqtay Göyüşov Tuğ kəndi onun əlverişli coğrafi mövqeyi onun tarixi ilə bağlı məlumat verdi. Daha sonra çıxış edən Tuğ kənd 1 saylı tam orta məktəbin tarix müəllimi Nadir Əliyev Tuğ kəndinin tarixindən və Dağlıq Qarabağ münaqişəsinin mahiyyətindən ətraflı danışdır. Çıxış edən Xocavənd Rayon Tuğ kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Zeynal Şükürov Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Qarabağın bütün Azərbaycanlı yaşayış məntəqələri kimi Tuğ kənd sakinlərinin də öz  doğma yurdlarını mərdliklə müdafiə etdiklərini  bildirdi.Tezliklə Tuğ kəndinin erməni qəsibkarlarından geri alınacağına inandığını bildirdi. Gənc nəslə öz doğma kəndlərinin qədim tarixini unutmamağı tövsiyyə etdi. Tədbirdə çıxış edən Tuğ kənd 1 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi şəhid qızı Bahar Bağırova  doğma kəndin gözəlliklərində danışdı. Ən böyük arzusunun yenidən Azərbaycanın ən qədim təhsil ocaqlarından biri olan Tuğ kənd 1 saylı tam orta məktəbin doğma kəndimizdə elə həminki ünvanda fəaliyyətə başlamasını və bir müəllim kimi həmin məktəbdə şagirdlərə dərs keçmək olduğunu bildirdi. Tədbirin sonunda çıxış edən RİHB-ı müavini Ruslan Şirinov Azərbaycanın hətda dünyanın ən qədim yaşayış məskənlərindən biri olan və gözəl təbiətə, özünəməxsus mədəniyyətə sahib olan qədim Tuğ kəndində gənc yaşlarında olduğu üçün özünü çox xoşbəxt insan hesab etdiyini qeyd etdi. Bu gün Tuğlulara öz doğma yurd-yubalarına qayıtmağı, doğmalarının narahat ruhlarını şad etmək üçün onların ziyarət etməyi arzuladı. Tuğ kənd sakinlərinə bu yolda səbr və dözüm dilədi və əmin olduğunu bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olunacaq və hər bir məcburi köçkün öz doğma yurd yuvasına qayıdacaqdır. Tədbirdə 180 nəfər iştirak etmişdir.

Keçidlər