Hərbi vəziyyətin ölkədə elan olunması ilk növbədə xalq, dövlət və ordu birliyinə də işarə edir.
Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilməsinin nəticəsidir ki, ən çətin dağlıq şəraitdə belə hərbi xidmət nümunəvi təşkil olunur, şəxsi heyətin xidmət və məişət şəraiti yaxşılaşdırılır. Son əks-hücum əməliyyatları bir daha göstərdi ki, hərbçilərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədirlər.Bu gün Azərbaycan xalqında çox böyük ruh yüksəkliyi var. Hər kəs qürurla Azərbaycan Ordusunun qazandığı qələbədən danışır və fəxarət hissi yaşayır. İgid oğullarımızın qəhrəmanlığı, qazanılan qələbəni Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin təntənəsi kimi dəyərləndirilərək xalq-dövlət birliyinin gücü, ordumuzun rəşadəti sayəsində torpaqlarımızın tezliklə düşmən işğalından azad ediləcəyinə, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıdacaqlarına inam ifadə edib. Bütün bunlar həm də dövlət-xalq-ordu birliyinin bəhrəsidir. Xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz birliyin mövcud olması ordumuzun gücünü daha da artırır. Hərbi vəziyyətin ölkədə elan olunması yüksək hərbi hazırlıqdan xəbər verməklə yanaşı bu Fərman ilk növbədə xalq, dövlət və ordu birliyinə də işarə edir.Ölkədə hərbi vəziyyətin elan olunması erməni təxribatlarına adekvat cavabdır. Yaşından və sosial statusundan asılı olmayaraq, minlərlə insanın könüllü kimi orduya yazılma faktı Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu sübut edir. Ölkədə hərbi vəziyyətin elan olunması militarist ritorikanın davamı deyil. Bu fərman erməni işğalının qarşısının alınması siyasətinin davamıdır.
Ermənistanın cəbhə boyu təxribatlarının qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınır və işğalçıya layiqli cəza verilir. Buna baxmayaraq, torpaqlarımızın işğalda qalması, ermənilərin sərhəddə mütəmadi olaraq təxribatlar törətməsi ölkə ictimaiyyətinin ciddi narahatlığına səbəb olub. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev dəfələrlə bəyan edib ki, biz Qarabağı və ətraf rayonları mütləq işğaldan azad edəcəyik. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı bir daha hər kəsin diqqətinə çatdırdı ki, Azərbaycan öz torpaqlarını müdafiə edir, başqa dövlətin torpağında gözü yoxdur. “Biz öz torpağımızı heç kimə verəsi deyilik. Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın” deyə Prezident İlham Əliyev qətiyyətlə vurğuladı.