Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayonu Salakətin kəndinin Ermənistan ordusu tərəfindən işğal edilməsinin 22-il keçir.

31 oktyabr 2013 | 16:00

30 oktyabr 2013-ci il tarixdə Xocavənd rayonu Salakətin kəndinin Ermənistan ordusu tərəfindən işğal edilməsinin 22-ci ildönümü ilə əlaqədar Salakətin kənd tam orta məktəbinin həyətində məktəblilərin,kənd sakinləri və rayon ictimaiyətinin iştirakı ilə anım tədbiri keçirilmişdir.Tədbir rayon şəhidlərinin xatirəsinə bir dəqqəlik sukut elan edilməsi ilə başlanmışdır. Tədbiri giriş sözü ilə açan Xocavənd Rayon Salakətin kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Hamlet Allahverdiyev Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Qarabağın bütün Azərbaycanlı yaşayış məntəqələri kimi Salakətin kənd sakinlərinin də öz  doğma yurdlarını mərdliklə müdafiə etdiklərini  bildirdi. Bu hadisələrin canlı şahidi olan indiki nəslə bu tarixləri heç vaxt unutmamağı tövsiyyə edərək bildirdi ki, işğaldan, ölüm və itkidən də böyük faciə unutqanlıqdır. Tədbirdə çıxış edən Salakətin kənd sakini ağsaqqal Naşir Allahverdiyev Salakətin kəndi ilə bağlı xatirələrindən ürək ağrısı ilə danışdı.  Daha sonra çıxış edən Salakətin kənd sakini, “Xocavənd” İctimai-siyasi qəzetinin baş redaktoru Gültəkin Ağayeva Salakətin kəndinin təbiət gözəlliklərindən danışaraq qeyd etdi ki, bu gün müəllimlərin borcu bu yurd yerlərimizin tarixi və təbiətini mütamadi olaraq məktəblilər arasında təbliğ etmək olmalıdır. Bunulada bu yurd yerləri canlı şəkildə görülməsə belə daim gənc nəslin hafizəsində dərin kök salacaqdır.Tədbirin sonunda çıxış edən RİHB-ı müavini Ruslan Şirinov Salakətin kənd sakinlərinə səbr və dözüm dilədi və əmin olduğunu bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olunacaq və hər bir məcburi köçkün öz doğma yurd yuvasına qayıdacaqdır. Tədbirdə 200 nəfər iştirak etmişdir.

Keçidlər