Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Dövlət Bayrağı Gününün qeyd edilmişdir.

08 noyabr 2013 | 16:00

07 noyabr 2013-cü il tarixdə  Xocavənd Rayonu İcra Hakimiyyəti təşəbbüsü və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu və Xocalı Soyqrım Tanıtım İctimai Birliyinin  iştirakı ilə Xocavənd rayonu “ Xocavənd” qəsəbəsi , Bayraq Meydanında Azərbaycanın Dövlət Bayrağı Gününə həsr edilmiş  geniş tədbir keçirilmmişdir. Tədbir Azəbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə açıq elan olunmuşdur.  Sonra  çıxış edən  Salakətin  kənd tam orta məktəbinin tarix müəllimi Telli Alıyeva çıxışında qeyd etdi ki, üçrəngli, ayulduzlu bayrağımız müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hələ sovet əsarətindən qurtulmağımıza bir il qalmış Naxçıvan Muxtar Respublikasının Ali Məclisində rəsmi dövlət atributu kimi təsdiqlənmiş, həmçinin Ümummilli Liderin təşəbbüsü ilə bu məsələ ilə bağlı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmış, nəticədə milli bayrağımız ölkəmizin dövlət rəmzi kimi qəbul edilmişdir.
Telli Alıyeva daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan dövlət rəmzlərinə göstərdiyi diqqətdən söhbət açaraq, 2009-cu il noyabr ayının 17-də imzaladığı sərəncamla 9 noyabr tarixini Dövlət Bayrağı Günü kimi təsis edilməsini qeyd edərək, dövlət başçısı tərəfindən atılan bu addımı özlüyündə bir ölkə rəhbərinin öz xalqının tarixi keçmişi, dövlətçilik ənənələri və milli-mənəvi dəyərlərinə göstərdiyi diqqətin bariz nümunəsi kimi qiymətləndirdi.
Tədbirdə  Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Vitse Prezidenti Salman Əmirxan oğlu Əliyev, Xocalı Soyqrım Tanıtım İctimai Birliyinin sədri Şamil Sabiroğlu, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Mətbuat Şöbəsinin müdiri Eldar Əsgər oğlu Kərimov  Azərbaycanın Dövlət Bayrağı haqqında  çıxış etdilər. Şıxışlarının sonunda  rayon sakinlərini Bayram günü münasibəti ilə təbrik edərək, yaxın günlərdə Bayrağımızın Qarabağda, Xıcavənddə, Şuşamızda və digər işğal olunmuş rayonlarda qürurla dalğalanmasını arzu etdilər.
Bayram şənliyində iştirakçılara Rayon Mədəniyyət Evi ansablının və Salakətin  kənd tam orta məktəbinin təqdimatında bir-birindən gözəl musiqi nömrələri təqdim olunmuşdur.
Şənliyin sonunda Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu tərəfindən  məktəblilərə 100 ədəd məktəbli çantası və 100 ədəd stolüstü Azərbacan bayrağı məktəblilərə hədiyyə edilmişdir. Rayon idarə, müəssisə və təşkilat rəhbərlərinin və rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı tədbirdə 530 nəfər iştirak etmişdir.

Keçidlər