11 avqust 2023-cü il tarixdə 500 ailəlik Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
11 avqust 2023 | 17:04
11 avqust 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 500 ailəlik Xocavənd qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir. Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, hüquq mühafizə orqanları və aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, kinci Qarabağ müharibəsində məğlub olan Ermənistan müharibə bitdikdən sonra da təxribatçı əməllərinə son qoymadı, əksinə, ölkəmizin qalibiyyətini həzm edə bilməyən havadarlarına arxalanaraq, məkirli planlarını davamlı şəkildə həyata keçirməyə cəhd göstərdi. Başçı qeyd edib ki, son günlərdə Qarabağ ətrafında baş verən hadisələr bir daha onu göstərir ki, Ermənistan Azərbaycanla sülh danışıqları prosesində heç də səmimi deyil. Əgər belə olmasaydı, artıq bir həftədir ki, 19 yük maşınından ibarət “TIR şousu” Azərbaycan-Ermənistan sərhəddində davam etməzdi. Natiq məkirli düşmənin “humanitar böhran” və “blokada” şousunun hələ Laçın postu qurulmamışdan əvvəl başladığını qeyd edib. Buna səbəb isə ekofəalların Laçın-Xankəndi yolunun Şuşa şəhərindən keçən hissəsində haqlı etiraz aksiyaları keçirməsi olmuşdu. Laçın postu qurulduqdan sonra baş verən hadisələr isə Ermənistanın hələ də, işğalçı təfəkküründə olduğunu göstərir. Azərbaycanın haqlı olaraq Laçın nəzarət-buraxılış məntəqəsindən keçidləri məhdudlaşdırmasını və Xankəndiyə humanitar yüklərin daşınması istiqamətində Bərdə-Ağdam-Xankəndi yolunu təklif etməsini humanitar fəlakət adlandıran ermənilər, nədənsə marşrutun açılmasına qarşı çıxır.
Eyvaz Hüseynov bu ilin iyun ayının 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılmasından danışaraq, Tuğ kəndinin əhəmiyyətindən bəhs edib. Başçı hal-hazırda Böyük qayıdış planına uyğun olaraq Xocavənd rayonu ərazisində geniş yenidənqurma və bərpa işlərinə başlanıldığını bildirib. Növbəti ildə Xocavəndli məcburi köçkünlərin bir hissəsinin öz doğma torpaqlarına qayıdacaqlarına əminliyini bildirən Eyvaz Hüseynov, bu prosesisn növbəti illərdə sürətlənəcəyini qeyd edib.
Daha sonra vətəndaşların təklifləri və onları narahat edən problemlər dinlənilib. Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib. Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.