11 oktyabr 2024-cü il tarixdə Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
11 oktyabr 2024 | 10:21
11 oktyabr 2024-cü il tarixdə Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov növbəti səyyar qəbulu Ağcabədi rayonunda məskunlaşan rayon sakinləri ilə keçirdi.
Səyyar qəbulda RİHB aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin qəsəbə sakinləri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirdi ki, bu gün dünyamız böyük gərginliklər içindədir. Ziddiyyətli siyasi maraqların üz-üzə qoyduğu bir çox dövlətlər arasındakı qarşıdurmalar artıq aktiv hərbi münaqişə fazasına keçməkdədir. Bütün bunlar yaxın-uzaq qonşuluğumuzda yaşayan yüz milyonlarla insanın həyat və təhlükəsizliyini təhdid etməkdə, dövlətləri, xalqları qlobal inkişaf proseslərindən kənarlaşdırmaqdadır. Azərbaycanın yerləşdiyi geosiyasi mövqe, hərbi münaqişə tərəfi kimi çıxış edən böyük dövlətlərlə həmsərhəd coğrafiyada olması ölkəmizə də çox ciddi təsirlər yaradır.
Qlobal miqyasda hökm sürən belə bir mürəkkəb şəraitdə ictimai-siyasi sabitliyi, davamlı inkişafı təmin edə bilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çox böyük uğurudur. Dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın inkişaf və təhlükəsizlik baxımından əldə etdiyi nailiyyətlər bir neçə mühüm faktora əsaslanır.
Müasir dünyamızın ən qüdrətli şəxsiyyətlərindən olan Prezident İlham Əliyevin siyasi lider kimi fenomenal keyfiyyətləri bu faktorların ən mühümlərindəndir. Azərbaycanın daxili sabitliyinin əsas mənbəyi dövlət rəhbərimizin uğurlu idarəetməsindən irəli gəlir. Onun uzunmüddətli strateji baxışı və ölkənin maraqlarını qorumaq üçün həyata keçirdiyi tədbirlər ictimai-siyasi sabitliyə zəmanət verir. Başçı həmçinin baş verən son hadisələrə toxunaraq bildirdi ki , Azərbaycan Respublikası MDB çərçivəsində fəal siyasət həyata keçirir. Ölkəmiz təşkilatın iştirakçı-dövlətləri ilə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə də üstünlük verir. Bununla yanaşı, Azərbaycan MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilərək, bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi önəmini dəyərləndirir. Oktyabrın 8-də Prezident İlham Əliyevin Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı və çıxışı dövlətimizin bu beynəlxalq platformaya verdiyi önəmin göstəricisidir. Təqdirəlayiq haldır ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib.Bu ölkəmizin növbəti qələbəsidir. Laçın şəhərinin sürətli dirçəlişi, inkişafı hər zaman ürəyimizdə daşıdığımız ümidin əbəs olmadığının bariz nümunəsidir. Belə ki, üzun illər erməni işğalında qalan və Vətən müharibəsində azad edilən Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq. Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı seçilməsi eyni zamanda Ermənistanın beynəlxalq arenada növbəti məğlubiyyətidir. Belə ki, bir sıra erməni ekspertlər, müxalifət nümayəndələri və tanınmış ictimai-siyasi şəxslər MDB dövlət başçılarının iştirak etdiyi mötəbər qurumun belə bir qərar qəbul etməsini Azərbaycanın növbəti diplomatik qələbəsi, Ermənistanın və konkret olaraq Paşinyanın məğlubiyyəti kimi qiymətləndirirlər. Əslində burada böyük həqiqət payı vardır. Laçının MDB-nin mədəniyyət paytaxtı statusu alması iqtisadi baxımdan da əhəmiyyətlidir. Belə ki, bu şəhərə turistlərin marağı artacaq və ora səfər edəcək əcnəbilərin sayı artacaq.
Sonda səyyar qəbulda iştirak edən qəsəbə sakinlər onları narahat edən məsələləri gündəmə gətiriblər. Eyvaz Hüseynov ümumi qəbuldan sonra vətəndaşları fərdi qaydada da dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib. Qəbulda iştirak edən vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.