Azərbaycan Respublikası Konstitusiyası günü münasibəti ilə tədbir keçirilmişdir.
12 noyabr 2013-cü il tarixdə Konstitusiya Günü münasibəti ilə Xocavənd qəsəbəsi, Rayon Mədəniyyət evində rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbir Azəbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə açıq elan olunmuşdur. Tədbirdə çıxış edən Başçının müavini – İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Ruslan Şirinov müstəqil Azərbaycanın əsas qanunu – 12 noyabr Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu günlə əlaqədar da tədbir iştirakçılarını təbrik edərək, bu hadisənin də Ulu Öndərin Azərbaycan xalqına və dövlətçiliyinə göstərdiyi tarixi xidmətlərdən biri kimi qeyd etdi. Sonra çıxışını davam etdirərək 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyası olduğunu, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilmədiyini, Azərbaycanın Konstitusiya quruluşunun tarixi isə SSRİ dövrünə təsadüf etdiyini qeyd etmişdiir. Belə ki, Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunduğunu, Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edildiyini, Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırıldığını tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Rusan Şirinov sözünü davam etdirərək Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxdığını, bunun üçün prezident Heydər Əliyev rəhbərliyi ilə xüsusi komissiya yaradıldığını, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarıldığını və 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunduğunu bildirmişdir.Natiq çıxışının sonunda Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu gün münasibəti ilə tədbir iştirakçılarını bir daha təbrik edərək, bu tədbirlərin tezliklə Qarabağda keçirilməsini arzu etmişdir.
Sonra tədbirdə çıxış edən ziyalılar 12 Noyabr 1995-ci ilin xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını vurğulamışlar. Həmin gün bəşər tarixində ilk dəfə olaraq müstəqil, suveren Azərbaycan xalqı özünün Konstitusiyasını qəbul etdiyini bildirən natiqlər bu aktın hüquqi dövlət quruculuğunun təməli olduğunu qeyd etmişlər və bu sənədin təkcə 9 milyonluq Müstəqil Azərbaycan Respublikasının yox, bütün dünya azərbaycanlılarının tarixi nailiyyəti kimi qiymətləndirmişlər.Tədbirin sonunda iştirakçılara Rayon Mədəniyyət Evi ansablının və Salakətin kənd tam orta məktəbinin təqdimatında musiqi nömrələri və ədəbi-bədii kompazisiya təqdim olunmuşdur. Rayon idarə, müəssisə və təşkilat rəhbərlərinin