Şriftin ölçüsü :

Saytın rəngi :

19 noyabr 2013-cü il tarixdə Ağcabədi rayonu ərazisində salınmış 556 ailəlik yeni qəsəbədə Xocavənd rayonun Xocavənd kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 22-ci ildönümünə həsr olunmuş ümumrayon anım mərasimi keçirilmişdir.

20 noyabr 2013 | 16:00

19 noyabr  2013-cü il tarixdə Ağcabədi rayonu ərazisində salınmış 556 ailəlik yeni qəsəbənin Mədəniyyət evində rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Xocavənd rayonun Xocavənd kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının və 20 noyabr 1991-ci il tarixində rayonun Qarakənd kəndi səmasında ermənilər tərəfindən vurulmuş vertolyotda şəhid olmuş Azərbaycanın yüksək rütbəli dövlət adamlarının və bir qrup ziyalılarının xatirəsinin  22-ci ildönümünə həsr olunmuş ümumrayon anım mərasimi keçirilmişdir. İlk öncə mərasim iştirakçıları Ağcabədi şəhərində şəhidlərin xatirəsinə ucaldılmış “Xatirə Abidə Komleksi” önünə tər güllər və əklillər qoymuş, Xocavənd 1 saylı tam orta məktəbin idman zalında gənc idmançıların təqdimatı ilə idman nömrələri nümayiş etdirilmişdir. Sonra tədbir Xocavənd qəsəbəsində yerləşən Mədəniyyət evində davam etdirilmişdir. Tədbiri Xocavənd rayon Xocavənd kənd inzibati ərazi dairəsi üzrə  nümayəndəsi İltifat İbrahimov giriş nitqi ilə açıq elan etmişdir. Şəhidlərin xatirəsi  bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra tədbir iştirakçılarına Xocavənd Rayon İcra hakimiyyətinin təşəbbüsü ilə çəkilmiş “Ya Qarabağ Ya ölüm” filmi nümayiş etdirilmişdir. Filmin nümayişindən sonra çıxış edən Xocavənd kənd inzibati ərazi dairəsi üzrə  nümayəndəsi İltifat İbrahimov, Yeni Azərbacan Partiyasının rayon şöbəsinin sədri, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin üzvü, rayon ƏSMM-nin müdiri Məhəmmədəli Bayramov və digər kənd sakinləri Xocavənd rayonu Xocavənd kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının və 20 noyabr 1991-ci il tarixində rayonun Qarakənd kəndi səmasında ermənilər tərəfindən vurulmuş vertolyot hadisəsi ilə bağlı öz xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşlər.  Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlərlə iş şöbəsinin müdiri Ruslan Şirinov Xocavənd kəndinin işğalı və 20 noyabr 1991-ci il tarixində rayonun Qarakənd kəndi səmasında ermənilər tərəfindən vurulmuş vertolyot hadisəsi ilə bağlı öz təəssüratlarını bildirdi və erməni qəsbkarlarının təcavüzünü  pislədi. Xocavəndlilərin Qarabağ savaşında öndə dayandıqlarını və bu yolda sona qədər mübarizə apardıqlarını qeyd etdi. Ali Baş komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu gün Ermənistan prezidenti ilə görüşündən və həmin görüşün əhəmiyyətindən söhbət açdı. O, çıxışında bu gün torpaqlarımızın işğal altında olmasına baxmayaraq biz Xocavəndlilərin doğma torpaqlarımızın tezliklə işğaldan azad olunmasını və həmin torpaqlara qayıtmaq arzularımızı dilə gətirərək, Ali Baş komandanımız İlham Əliyevin rəhbərliyi ilə Xocavəndə qayıdacağımız günün uzaqda olmadığın qeyd etmişdir. Tədbir Xocavənd rayon 1 saylı tam orta məktəbin şagirdlərinin nümayiş etdirdiyi ədəbi-bədii kompazisyanın nümayişi ilə başa çatmışdır. 

Keçidlər