Xalq öz Ali Baş Komandanınainanır və ona etimad göstərir.
Xalq öz Ali Baş Komandanınainanır və ona etimad göstərir. 22.10.2020
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda müzəffər yürüşünü inamla davam etdirir, müasir hərb tarixində yeni qələbələrlə dolu səhifələr açır. Ermənistanın faşist ordusu ilə təkbaşına vuruşan Azərbaycan əsgəri düşmən ordusuna dərs verir. Erməni mifləri dağılır və yalanları ifşa olunur. Ermənistanın özününküləşdirmə, tarixi saxtalaşdırma siyasətinə son qoyulur. Bütün dünya düşmənlərimizin mənfur və vəhşi simasını artıq görür. Cinayətkar və dünyaya yalan danışan Ermənistanın siyasi hakimiyyəti öz dövlətçiliyinin sonunu yaxınlaşdırır.Haqq yolunda vuruşan Azərbaycan ordusu isə tam üstünlüyə malikdir. Hər ötən gün işğaldan azad edilmiş torpaqlarımızın sırasına yeniləri əlavə olunur, torpaqlarımızın işğaldan tam azad ediləcəyi tarixi sürətlə yaxınlaşdırır. Cəbhənin bütün istiqamətlərində rəşadətli Ordumuzun düşməni darmadağın edərək irəliləməsi regionda sülh və sabitliyə ciddi təhlükə yaradan işğalçı erməni hakimiyyətinin təxribatçı əməllərinin birdəfəlik sonu olacaqdır. Azğın düşmən dinc əhalini – uşaqları, qadınları, qocaları qətlə yetirməklə, soyqırımı törətməklə insanların iradəsini, Qələbə əzmini sındırmaq istəsə də, heç nə alınmadı. Vətən mücadiləsinin ilk günündən Qələbə üçün zəruri şərtlərdən olan mənəvi bütövlük və üstünlük də qazanıldı. İndi Ali Baş Komandan hər gün maddi Qələbəmizin müjdələrini verir. Oktyabrın 20-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına müraciət edərkən önəmli zəfər xəbərlərini xalqımıza çatdırdı. 24 yaşayış məntəqəsi ilə yanaşı, Azərbaycanın Zəngilan rayon mərkəzinin də düşmən işğalından azad edildiyini müjdələyən dövlət başçımızın bu müraciəti sözün həqiqi mənasında Azərbaycan xalqının sabaha – yəni Şuşanın, Xankəndinin işğaldan azad edilməsinə olan inamını birə min qat artırır.Azərbaycan ordusunun qələbə marşı davam edir. Qəhrəman ordumuz torpaqlarımızı azad edir, düşmənin çoxsaylı texnikasını məhv edir və hərbi qənimət kimi götürür. Azərbaycan xalqı Böyük Qayıdış astanasındadır. Xalq öz Ali Baş Komandanına inanır və ona etimad göstərir. Xalqın Ali Baş Komandana olan inamı dövlət siyasətinin gücünü artırır və daha səmərəli edir. Azərbaycan dövləti əlindən gələni edir ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıtsın, rahat və əmin-amanlıq şəraitində yaşasın. Cənab prezidentin öz müraciətində vurğuladığı kimi, “İşğaldan azad olunmuş torpaqlara həyat qayıdacaq, Azərbaycan xalqı öz torpaqlarında yaşayacaq, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqdır”.