Şriftin ölçüsü :

Saytın rəngi :

12 dekabr 2013-cü il tarixdə Xocavənd Rayon Mədəniyyət Evində Ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.

13 dekabr 2013 | 16:00

12 dekabr 2013-cü il tarixdə Xocavənd Rayon Mədəniyyət Evində Ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir. Rayon  ictimaiyyəti nümayəndələri,  idarə, müəssisə və təşkilatların kollektivləri, Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının şura üzvləri və fəalları Ümummilli Liderin Rayon İcra Hakimiyyətinin inzibatı binasının qarşısında ucaldılmış abidəsi  önünə əklil və  tər gül dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər. Daha sonra Rayon Mədəniyyət evində Ulu Öndərin xatirəsinə ehsan süfrəsi açılmışdır. Mərasimdə ilk öncə Ümummilli Liderin əz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən-Başçının müavini Rəfael Mustafayev bildirmişdir ki, Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq dövr ərzində dövlətçilik tariximizə xilaskar lider kimi daxil olmuşdur.  Müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Ulu öndərin adı ilə bağlıdır: “Təsadüfi deyil ki, Ümummilli lider azərbaycanlı olması ilə fəxr etdiyi  kimi, hər bir azərbaycanlı da Ulu öndər Heydər Əliyevin ən böyük əsəri olan müstəqil, dinamik inkişaf yolunda olan Azərbaycan vətəndaşı olmaqdan qürur duyur, böyük Öndərə sayğı və məhəbbətini onun ideyaları ətrafında daha sıx birləşməklə nümayiş etdirir”. Natiq çıxışında qısa zaman ərzində Azərbaycanın siyasi çəkisinə və iqtisadi inkişaf tempinə görə dünyanın  aparıcı ölkələri sırasına daxil oluduğunu: “Təbii ki, bütün bu uğurların əsasında təməli Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun dayandığını bildirmişdir.  Həmçinin mərasimdə çıxış edənlər  Ulu öndərin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən söz açmışlar. Çıxış edən ziyalılar Ulu öndər Heydər Əliyev siyasi kursunun  Azərbaycana yalnız uğur gətirdiyini, milli maraqlarımızı yetərincə qoruduğunu  və xoşbəxt gələcəyə təminat verdiyini diqqətə çatdırmışlar.

Keçidlər