Rəsmi İrəvanın siyasəti artıq ifşa olunub
Erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürdüyü andan etibarən Azərbaycan döyüşləri dayandırmağa hazırdır. Atəşkəs rejimini artıq üç dəfə kobud şəkildə pozan Ermənistan siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirir.Atəşkəsi 3 dəfə pozan Ermənistana etibar etmək çətindir. Azərbaycan hərbi əməliyyatları dayandırmağa hazırdır. Lakin, atəşkəsi üç dəfə pozan rəsmi İrəvan öz təxribatlarını dayanmadan davam edir. Erməni hərbçilərin hədəfi mülki əhalidir. Qeyd olunan amil sadəcə təxribat deyil, hərbi cinayətdir. Kasetli raketlərlə mülki əhalinin bombalanması terror aktıdır.Rəsmi İrəvan hərbi cinayətkardır. Dinc şəhərlərə kasetli raketlərlə və döyüş sursatları ilə hücumlar hərbi cinayətdir. Ermənilərin atəşləri nəticəsində 69 dinc vətəndaş həlak olub, 300-dən çox adam yaralanıb. Budur, erməni faşizminin siması. Nikol Paşinyan "küçə inqilabı" vasitəsilə hakimiyyətə gələndə ermənilər çox sevinirdilər. Lakin daha ağıllı olanları bu prosesin mənfi nəticələr verə biləcəyini xatırladırdılar. İndi baş verənlər ehtiyatlı olmağı məsləhət görənlərin haqlı olduğunu təsdiqləyir. Hazırda Ermənistanın bir sıra siyasətçiləri və ekspertləri erməni xalqının təhlükə qarşısında qaldığından və siyasilərin ağıllı davranmalı olduqlarından bəhs edirlər. Onlar müəyyən çağırışlar edirlər. Hesab edirlər ki, cəmiyyət "klan prinsipi" üzrə parçalanır. Bu proses təhlükəli miqyas alıb və situasiya tam nəzarətdən çıxa bilər. Həmin sırada Dağlıq Qarabağdakı ermənilərin də etirazları ekspertlərin marağına səbəb olub. Bu prosesin nəticələri ilə bağlı təhlillər aparılır. Maraqlıdır ki, əksər ekspertlər ermənilərin artıq xilaskar kimi Azərbaycanı görməyə başladıqlarını ifadə edirlər. Bunun geosiyasi nəticələri üzərində geniş dayanmağa ehtiyac görürük.
Nikol Paşinyanın "küçə demokratiyası"nın acı bəhrələrini artıq erməni xalqı dadır. Vəziyyət getdikcə bütün sahələrdə daha da kriminallaşır. Sahibkarlar ölkəni tərk edir, siyasi dairələr repressiyaya məruz qalır və hətta əsrlərlə siyasətlə iç-içə olan kilsə ilə hakimiyyət arasında ziddiyyət dərinləşir. Əvvəllər görünmədiyi səviyyədə sadə insanlar dini katolikosun istefasını tələb edirlər. General Manvel Qriqoryan isə Eçmiədzində şlaqbaumlar quraşdırıb, hakimiyyətə qarşı hərəkətə keçə biləcəyini bəyan edib. Çünki N.Paşinyan M.Qriqoryanın mer olan oğlunu işdən çıxarmaq istəyir.
Bütövlükdə erməni ekspertlər ölkədə siyasi repressiyaların aparıldığını və bunun fonunda yeni inqilab dalğasının yarana biləcəyini proqnozlaşdırırlar. Getdikcə daha çox siyasətçi N.Paşinyanın hərəkətlərindən narazılıq ifadə edir. Yeni baş nazir yüksək vəzifəli məmurları işdən azad etməklə yanaşı, onları həbsə atmağı da planlaşdırır. Bu tendensiya Dağlıq Qarabağ ərazisində yaradılmış qondarma rejim ətrafında yeni oyunun başlaması kontekstində maraqlı məzmun kəsb edir.
Xankəndində iki klan arasında əsl müharibə başlayıb. Serj Sarkisyan N.Paşinyana məhz Qarabağda zərbə vurmaq istəyir. Orada oyuncaq rejimin başında duran separatçı Bako Saakyanı vəzifədən çıxarmaq planı mövcuddur. Buna qarşılıq S.Sarkisyan tərəfdarları da hərəkətə keçiblər. Qarşıdurma getdikcə gərginləşir. Son olaraq İrəvandan göndərilən təhlükəsizlik əməkdaşları yerli camaatı döyüb və 15 nəfəri həbs edib.
Tez-tez təkrar olunan bu kimi hallar getdikcə daha geniş miqyas alır. Maraqlıdır ki, proses ermənilərin siyasi şüurunda müəyyən dəyişikliklər yaratmaqdadır. O sırada artıq Ermənistan cəmiyyətinin monolit siyasi mövqe tutduğunu demək çox çətindir. Ermənilər eyni məsələlərə fərqli münasibət göstərirlər.