Daxili siyasi mühit və islahatlar haqqında
Daxili siyasi mühit və islahatlar haqqında. 06.11.2020
Azərbaycandasiyasi sistem və siyasi proses səmərəlidir. Parlament seçkilərindən əvvəl Azərbaycanda siyasi əməkdaşlığın yeni prosesinə start verilib. Biz müasir, yeni siyasi prosesə başladıq.Prezidentin təşəbbüsü ilə praktiki əməkdaşlığa başlamaqüçün bütün siyasi partiyalara açıq müraciət edilmiş, mövcud 52 real siyasi partiyadan 50-si bunu dəstəkləmiş, yalnız iki partiya çağırışa cavab verməmişdir.Azərbaycanda siyasi dialoq mühiti var. Azərbaycanda siyasi ittiham irəli sürülmüş heç kim həbs edilməyib.Azərbaycanın pandemiya dövründə də iqtisadi göstəricilərinormaldır. İqtisadiyyatımız cəmi 3,9 faiz azalıb. Azərbaycanın konvertasiya oluna bilən valyuta ehtiyatları xarici borcundan 6 dəfə çoxdur. İqtisadi göstəricilər regionda ən yaxşıdır, sosial göstəricilər Avropanın bəzi ölkələrindən belə yaxşıdır.Azərbaycanda ciddi daxili problemlər yoxdur.Azərbaycan özünü demokratiya nümunəsi kimi göstərmir. Özlərini demokratiya nümunəsi kimi göstərən ölkələrdə etirazçıları qətlə yetirirlər. Prezidentin yanaşması belədir ki, genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Eyni zamanda islahatların aparılması üçün partiyalararası dialoq vacibdir. Vətən müharibəsi də dialoqu zəruri edir. Bu zaman dialoqdan yayınanlar Vətən müharibəsimodelinə qarşı çıxan qüvvə kimi qəbul olunmalıdır.Avropada etirazçıları atlarla döyür, itləri gətirir və bu, demokratiya hesab olunur.“Sarı jiletlilər”in nümayişləri 17 noyabr 2018-ci ildən başlanıb. Etirazlardan keçən müddət ərzində polislə qarşıdurmada 10-dan çox adam qətlə yetirilib,26 nəfər gözünü itirib, 5-inin əli qopub və daha 2200 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. “Euronews"fransız polisinin Avropada ən yaxşı silahlanmış təşkilat olduğunu deyir. Onlara fişənglər, digər ölkələrdə döyüşlərdə istifadə olunan silahlar verilir.Digər araşdırmaya görə, il ərzində Almaniyada aksiya iştirakçıları və yoldan keçənlərə qarşı polis tərəfindən törədilən 12 mindən çox zorakılıq qeydə alınır.