Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni təqvim ilinin başlanması və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə 30 dekabr 2013-cü il tarixdə Xocavənd qəsəbəsi Rayon Mədəniyyət Evində bayram şənliyi keçirilmişdir.

31 dekabr 2013 | 16:00

Yeni təqvim ilinin başlanması və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə 30 dekabr 2013-cü il tarixdə Xocavənd qəsəbəsi Rayon Mədəniyyət Evində bayram şənliyi keçirilmişdir. Bayram Şənliyində çıxış edən Rayon İcra Hakimiyyətinin başçı Eyvaz Hüseynov ilk öncə iştiraçıları salmlaış və onlara öz səmimi arzularını bildirmişdir. Həmçinin Eyvaz Hüseynov çıxışında Dövlətimizin son 10 ildə əldə etdiyi nailiyyətlərdən danışmış və bütün bu uğurların Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsində mümkün olduğunu bir daha vurğulamışdır.Tədbirdə çıxış edən Ağsaqqallar, şəhid ailələri  və ziyalılar Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni təqvim ilinin başlanması münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək onlara yeni ildə işlərində yeni-yeni uğurlar diləmişlər. Byram şənliyində 2013-cü ildə təhsil, mədəniyyət və səhiyyə sahəsində xidməti fəaliyyətində fərqlənən şəxslər, həmçinin idmanın müxtəlif növlərində əldə etdikləri uğurlu nəticələrə görə rayon idmançılar Rayon icra Hakimiyyəti başçısının “Fəxri Fərmanı” və qiymətli xatirə hədiyyələri ilə təltif olunmuşlar. Tədbirdə Rayon Mədəniyyət və Turizm şöbəsinin əməkdaşları iştirakçılar qarşısında rəngarəng konsert proqramı ilə çıxış etmişlər.  

Keçidlər