Şriftin ölçüsü :

Saytın rəngi :

07 yanvar 2014-cü il tarixdə Xocavənd qəsəbəsi Rayon Mədəniyyət evində “Köçkünlər üçün ərzaq təhlükəsizliyinə dair maarifləndirmə və sanitar-gigiyenik məlumatlandırma kampaniyalarının təşkili” adlı layihənin icrası ilə bağlı tədbir keçirilmişdir.

08 yanvar 2014 | 16:00

“Kömək” miqrasiya, reabilitasiya və repatriasiya qeyri-hökumət beynəlxalq humanitar təşkilatı tərəfindən 07.01.2014-cü il tarixdə Xocavənd qəsəbəsi Rayon Mədəniyyət evində  “Köçkünlər üçün ərzaq təhlükəsizliyinə  dair qiymətləndirmə, maarifləndirmə və sanitar-gigiyenik məlumatlandırma kampaniyalarının təşkili” adlı  layihənin icrası ilə bağlı tədbir keçirilmişdir. Layihənin məqsədi məcburi köçkünlərin əhalinin ərzaq təhlükəsizliyi bağlı bilik və təsəvvürlərini formalaşdırmaqla  maarifləndirmək, müvafiq sahədəki qanunvericiliyi təbliğ etmək  bu sahədə mövcud real vəziyyəti qiymətləndirmək, əhalinin sağlamlığının qorunması və yerlərdə sanitar-gigiyenik dəstəkləyici nəzarəti təşkil etmək idi. Tədbirdə 50 nəfər iştirak etmişdir.

Keçidlər