Şriftin ölçüsü :

Saytın rəngi :

“Ədalət” qəzetinin baş redaktor müavini, əməkdar jurnalist, şair, publisist Əbülfət Mədətoğlunun 55 illlik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

19 yanvar 2014 | 16:00

18 yanavar 2014-cü il tarixdə Xocavənd qəsəbəsi Rayon Mədəniyyət Evində “Ədalət” qəzetinin baş redaktor müavini, əməkdar jurnalist, şair, publisist Əbülfət Mədətoğlunun 55 illlik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir Yubiley tədbirində Milli Məclisin deputatı Aydın Mirzəzadə, tənqidçi Vaqif Yusifli, Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədri, şair Ənvər Əhməd, yazıçı Elçin Hüseynbəyli, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və başqaları çıxış edərək yubilyarın həyat və yaradıcılığından danışıb, ona can sağlığı, daha böyük yaradıcılıq fəaliyyəti arzulayıblar. Tədbirdə Əbülfət Mədətoğlunun yaradıcılığına həsr olunmuş videofilm göstərilib, məktəblilər şairin şeirlərini söyləyiblər. Yubilyara Rayon İcra Hakimiyyətinin xatirə hədiyyəsi təqdim edilib.
Sonda yubilyar çıxış edərək, tədbirin təşkilatçılarına, tamaşaçılara və qonaqlara xüsusi minnətdarlığını bildirib. Şair deyib ki, onun yaradıcılığına göstərilən bu diqqəti heç vaxt unutmayacaq və bundan sonrakı yaradıcılığını böyük ruh yüksəkliyi ilə davam etdirəcək.

Keçidlər