Şriftin ölçüsü :

Saytın rəngi :

Hərbi uğurumuzu bərkidən amil, uzun illər ərzində davam etdiyimiz diplomatik mübarizəmizdir.

11 dekabr 2020 | 16:00

     Hərbi uğurumuzu bərkidən amil, uzun illər ərzində davam etdiyimiz diplomatik mübarizəmizdir.
    Bu gün dünyada gedən proseslər müstəvisində Azərbaycanın qələbəsini daha yüksək səviyyədə qiymətləndirmək olar. Hesab  edirəm ki, dünyada hüquq, gücün yedəyində gedir, kim güclüdür, o haqlıdır.
   Dünyanın ən mötəbər təşkilatı olan BMT-nin  Azərbaycanla bağlı məlum qərarları  28 ildir ki, kağız üzərində qalmışdı.  Dünyanın böyük təşkilatları Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, işğal faktını təsdiqləyir, amma işğalçını öz adı ilə çağırmırdı. Nəticədə arxasında güc hiss edən işğalçı dövlət,  Azərbaycana qarşı müharibəyə başlayır. Yeni torpaqlar işğal etmək niyyətini güdürdü. Belə bir vəziyyətdə Azərbaycan torpaqlarının müdafiəsinə qalxır və qələbə çalır. Bu sadə qələbə deyil. Azərbaycanın öz haqqını almağının qələbəsidir, dünya erməniçiliyi üzərindəki qələbəsidir. Bu, azərbaycançılıq ideologiyasının, erməniçilik ideologiyasi üzərində qələbəsidir. 200 ildən artıq xiristian ağuşuna sığışan, çar Rusiyası dövründən Qafqazdakı siyasəti reallaşdıran və forposta çevrilən bir dövləti, böyük dövlətin ağuşundan kənara çəkib ona qələbə çalmaq, adi qələbə deyildi. Bu böyük siyasi qələbə, diplomatik qələbə, mənəvi qələbə idi.  “Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər Paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.
   Qəhrəman, müzəffər Ordumuz dekabrın 10-da keçirilən böyük Qələbə Paradına yüksək səviyyədə hazırlaşdı. Bu tarixi hadisə, müstəqilliyimizin simvoluna çevrilmiş Azadlıq Meydanında reallaşdı.  Həmin gün Azadlıq Meydanı Qələbə meydanına çevrildi. Bütün Azərbaycanın  gözü, ruhu meydanda idi. Azərbaycan,qalib əsgərinin ayaq səsləri ilə titrətdi meydanı. Əsgərimizin əzəmətli yürüşü düşmənləri lərzəyə saldı, dostları sevindirdi. Əslində  bizim gücümüz dünyaya bir mesaj idi . Nə qədər ki, Türkiyə -Azərbaycan dostluğu, qardaşlığı mövcuddur biz hər zaman düşmənə göz dağı olacağıq.  Yaşasın Azərbaycan ordusu! Yaşasın Cənab Ali Baş Komandan! Yaşasın Türkiyə- Azərbaycan qardaşlığı!.  Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!!


   Maya Gülmalıyeva
   Salakətin kənd tam orta məktəbin müəllimi

Keçidlər