Telli Alıyeva:"Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm səhifəsini yaşayır"
"Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm səhifəsini yaşayır"
Azərbaycan xalqı 30 ildir öz torpaqlarının azad olunmasını səbirsizlikle gözləyirdi. Beynəlxalq təşkilatlar, BMT ve AŞ kimi qrumlar daima Azərbaycanın ərazi bütövlüyünü tanisalar da Ermənistanı bir işğalçı dövlət kimi tanımır torpaqlardan çıxmasını tələb etmirdilər.Lakin Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev öz ağıllı uzaqgörən siyasəti ilə nəyi nə vaxt, nə zaman və necə baş verəcəyini müəyyənləşdirərək düşmənə layiqli cavab vermək üçün öz hərbi hazırlığını aparırdı. Dəfələrlə düşmənin təxribatlarına cavab verməklə erməni qüvvələrini məhv edən ordumuz nəhayət 2020-ci il sentyabrın 27-də Ali Baş Komandanın əmri ilə təxribatın qarşısını almaq üçün əks-hücum əməlyatlarına başladı. 44 gün davam edən bu müharibə tariximizə "Vətən müharibəsi" kimi daxil oldu. Müzəffər ordumuz hər gün yeni-yeni zəfərlər, qələbələr əldə etdi işğal olunan torpaqlarımız - Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut (Xocavənd) və Şuşa kimi namus tacımız azad edildi. Azərbaycan əsgəri və zabiti bir amalla vuruşurdu, mənfur düşməni məhv etmək, belini sındırmaq və ərazi bütövlüyümüzü bərpa etmək . XXI əsrin ən müasir silah texnikalarına malik olan Azərbaycan ordusu düşmənin ordusunu məhv etdi, canlı qüvvələrini darmadağın etdi. "Dəmir yumruq" ətrafında birləşən dövlət, xalq və ordumuz alınmaz qala sayılan Şuşa əməlyatı ilə tarixi döyüş taktikasını yaratdı.Ordumuz 44 günlük müharibədə zəfər çaldı,düşmənin xeyli sayda hərbi texnikasını məhv etməklə bərabər qənimət kimi götürdü. Bu qələbə dekabrın 10-da "Zəfər paradı" kimi qeyd olundu. Parad möhtəşəm idi. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Təyyub Ərdoğan və onun dövlət məmurlarının bu paradda iştirak etməsi Azərbaycan Respublikasının zəfərini təsdiq etdi, dünyaya mesaj verdi. Zəfərli qələbələrimiz düşməni təslim olmağa məcbur etdi, təslim aktını imzalamaqla məğlubiyyətini təsdiqlədi.Həm döyüşdə, həm də diplomatik cəbhədə qələbə çalan Ali Baş Komandanımızın hansı gücə biliyə və siyasətə malik olduğunu bütün dünya dərk etdi.
"Ədalət zəfər çaldı, tarixi torpaqlarımız azad edildi, biz erməni ordusunu məhv etdik,belini qırdıq"-deyən Prezident İlham Əliyevin bu çıxışı ilə bitirmək istəyirəm fikrimi: "Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi-yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla!..
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!
TELLİ ALIYEVA
YAP XOCAVƏND RAYON TƏŞKİLATI QADINLAR ŞURASININ ÜZVÜ