Şriftin ölçüsü :

Saytın rəngi :

Biz öz sözümüzü hərb meydanında layiqincə dedik.

18 dekabr 2020 | 16:00

      Biz öz sözümüzü hərb meydanında layiqincə dedik
    ATƏT-in Minsk qrupu həmsərdlərinin sonuncu dəfə Azərbaycana səfərindən sonra ötən bir il ərzində bölgə və dünyadakı vəziyyət, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişib.
    Status-kvo güc yolu ilə, Azərbaycan hökumətinin iradəsi, yürüdülən müdrik siyasət, Azərbaycan xalqının əzmi, həmrəyliyi, bütün qüvvələrin səfərbər olunması, Azərbaycan əsgərinin şücaəti sayəsində dəyişdirilib. Minsk qrupu həmsədr ölkələrinin liderləri münaqişənin hərbi həlli olmadığını iddia etsə də, Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi.  Cənab Prezident İlham Əliyevin dediyi kimi : “Hərbi variant yoxdur” deyənlər sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər.
   Hazırda Rusiya sülhməramlıları Dağlıq Qarabağda öz fəaliyyətinə başlayıblar. Ermənistan və Azərbaycan da bunu dəstəkləyib. Vəziyyət müəyyən dərəcədə sabitdir. Sülhyaratma əməliyyatları müzakirə olunmuş razılaşmanın, Madrid prinsiplərinin bir hissəsidir. Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. 10 il əvvəl Minsk qrupunun həmsədri olan ölkələrin prezidentləri birgə bəyannamə ilə çıxış edərək status-kvonun qəbuledilməz olduğunu bildiriblər. Azərbaycan bəyannaməni dəstəkləsə də, müəyyən vaxtdan sonra həmsədr ölkələrin liderləri status-kvonun onlar üçün qəbul edilən olması haqda mesajlar veriblər. Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Bu hər kəsə bəllidir. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu illər ərzində münaqişə niyə həll olunmurdu? Çünki, müəyyən qurumların burada marağı var idi. Bu günə qədər Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər. Haqqı biz bərqərar etdik. Beynəlxalq vasitəçi olan ölkələrin hər biri öz imkanlarından, potensialından istifadə edərək Ermənistanı işğal etdiyi əraziləri tərk etməsi üçün mesaj verə bilərdi, lakin belə mesaj verilməyib. Ermənistana ciddi sanksiyalar tətbiq olunsaydı, işğalçı qüvvələrini geri çəkərdi. Lakin bu barədə heç bir addım atılmayıb. İşğal etdiyi ərazilərin kiçik hissəsindən belə çıxarması üçün Ermənistana təzyiq olunmayıb. Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməyib. Münaqişənin dondurulmuş kimi görünməsi beynəlxalq vasitəçiləri qane edib. Minsk qrupunun gələcək mandatı şübhəlidir və Azərbaycanla razılaşdırılmalıdır”.
    Prezident İlham Əliyev çıxışında bildirib ki, “Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm”. ATƏT-in Minsk qrupunun həmsədrləri regiona qərəzsiz və kollektiv qaydada sabitliyin, rifahın gətirilməsi üçün tamamilə yeni bir vəziyyət yarandığını etiraf edirlər.-Minsk qrupunun gələcək mandatının da Azərbaycandan asılı olduğu qəbul edilir.

Keçidlər