Regionun və Azərbaycandakı erməni icmasının gələcəyi
Regionun və Azərbaycandakı erməni icmasının gələcəyi
Artıq Azərbaycan özü öz gücü və dostlarının mənəvi, siyasi dəstəyi ilə Qarabağ kimi ciddi bir problemini həll etməyi bacarıb. Qısa bir xatırlatma edim ki, müharibə Ermənistanın kapitulyasiyası ilə yekunlaşdı və Pezident İlham Əliyevin də dediyi kimi Ermənistan döyüş meydanında məğlub olaraq kapitulyasiya Bəyanatı imzalamağa məcbur oldu. O da bəllidir ki, Ermənistan üçün alçaldıcı kapitulyasiya imzalamasının tam məsuliyyəti Paşinyanın diktatura rejiminin üzərinə düşür.
Xatırlayaq ki, bu ölkənin əvvəlki rəhbərlərinin vaxtında nəticə olmasa da, müəyyən danışıqlar gedirdi. Paşinyan danışıqlar prosesinin formatını alt-üst etməyə cəhdlər etdi. Onun təxribatçı hərəkətləri və bəyanatları isə danışıqları tamamilə mənasız etmişdi. Paşinyanın 7 şərtinə qarşı Azərbaycanın yeganə şərti işğalçının torpaqlarımızdan çıxması olmuşdu. İkinci Qarabağ müharibəsinin gedişində də Azərbaycan tərəfinin yeganə şərti bu oldu.
Ümumiyyətlə hər kəsə bəllidir ki, Nikol Paşinyan Sarkisyan və Köçəryan rejiminə qarşı etiraz dalğası üzərində hakimiyyətə gəlmiş təsadüfi insandır. Siyasətdən kənar olan bu adam ciddi səhvlər etdi və layiqli cəzasını da aldı. O, əslində bu alçaltmalara da layiqdir. Müharibə dövründə Ermənistan ordusu darmadağın edilirdi, baş nazir isə ruhdan düşürdü və artıq nəsə etmək üçün heç bir imkana malik deyildi. Xatırlayırsınızsa sırvavi ermənilər zorla orduya cəlb edilir, əsgərlər qaçmasın deyə onları səngərlərdə bir-birinə zəncirlənmişdilər. Hətta xüsusi şəxslər də olurdu ki, bu adamlar Ermənistan qoşunlarının arxasında dayanaraq qaçmağa cəhd edən öz millətinin nümayəndələrini qətlə yetirirdilər. Qısası, Azərbaycan Ordusu məğlubedilməz olduğunu nümayiş etdirdi və işğal olunmuş ərazilərin böyük hissəsini, 300-dən artıq şəhər, qəsəbə və kəndi, o cümlədən Azərbaycanın tarixi Şuşa şəhərini 44 gün ərzində azad etməyi bacardı.
Azərbaycan döyüşləri məlum üçtərəfli bəyanat imzalandıqdan dərhal sonra dayandırdı. Ölkəmiz 44 gün ərzində yalnız Vətən müharibəsi apardı, etnik təmizləmə və ya başqa ölkənin ərazilərini tutmaq kimi heç bir hədəfimiz olmadı. Halbuki, Azərbaycan ordusunun potensialı buna tam imkan verir.
Bu arada Prezident İlham Əliyevin də maraqlı bir fikrini xatırlatmaq yerinə düşür- “Azərbaycan Sarkisyan və Köçəryan ordusunu məğlub etmişdir. Hər iki şəxs hərbi cinayətkardır”.
Həqitətn də işğalçıların Ermənistan ordusu və demək olar ki, erməni dövləti məhv olmuş, erməni millətçilərinin üzdəniraq “artsax” xülyaları isə dağıdılıb. Ermənilərin iç üzü müharibədən sonra da aşkara çıxdı. Hətta Rusiya Prezidentinin müraciəti əsasında Azərbaycanın Kəlbəcərin boşaldılması üçün verdiyi əlavə 10 gün vaxtdan ermənilər qarət, vandalizm, vəhşilik, ekoloji terror məqsədilə istifadə etmişdilər. Kəlbəcərdə meşələr, su elektrik stansiyaları, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda bütün yaşayış binaları, tarixi-mədəni abidələr dağıdılmışdır.
Bu gün bütün dünya bilir və görür ki, Ermənistanın və qondarma Dağlıq Qarabağ rejiminin rəhbərləri müharibə caniləridirlər. Gəncənin ballistik raketlə atəşə tutulması, Bərdə və Tərtər şəhərlərinin kasetli və fosforlu sursatla atəşə məruz qalması, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırma hərbi cinayətlərdir və bütün bunlar unudulmayacaq da.
Artıq erməni işğalçılarının mülki əhaliyə, infrastruktura, dini və mədəni abidələrə vurduğu ziyanın müvafiq təhlili aparılır. Hər bir şey sənədləşdirildikdən sonra zəruri hüquqi addımlar da atılacaq. O da bəllidir ki, qanunsuz məskunlaşdırma işlər də hərbi cinayət sayılır. Hətta iş o yerə çatmışdı ki, işğal olunmuş ərazilərdə suriyalı erməniləri yerləşdirməyi planlaşdırırdılar və onlardan muzdlular kimi də istifadə edirdilər. Əlimizdə ermənilərin istifadə etdiyi muzdlular barədə saysız-hesabsız faktlar var. Faşizmin terrorizmlə birləşdiyi bir düşmənin yumruqla belini qıra bildik. Prezident İlham Əliyev bu barədə çox gözəl deyib: “Ermənistan faşizmi yenidən baş qaldırarsa, onun başını dəmir yumruqla əzəcəyik. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik. Bu, heç kəs üçün sirr qalmalı deyil.