Müraciət edilən dövlət qurumu:
Müraciət edilən dövlət qurumu:
1. Hərbi qulluqçulara münasibətdə:
- gizir və zabit heyəti üçün – MN, DİN, DTX, XKX, DSX, XDMX (hansı orqanda xidmət edibsə)
- əsgərlər üçün – Səfərbərlik Xidmətinin (SHXÇDX) yerli bölmələri (komissarlıqlar)
2. Mülki vətəndaşa münasibətdə: rayon (şəhər) YİHO.
Sənədlər əsasında şəxsə şəhid, ailəsinə şəhid ailə üzvü statusu verilməsi barədə 1 aydan gec olmayaraq arayış verilir və həmin arayış əsasında ƏƏSMN-nin yerli şöbələri tərəfindən şəhid ailəsi vəsiqəsi verilir.
Sosial təminat hüququnun yaranması vaxtı:
-pensiya və müavinət üzrə - şəhid ailə üzvlərinin pensiya və müavinət alma hüququ şəhidin həlak olduğu gündən yaranır.
- AR Prezidentinin təqaüd üzrə - şəhid ailəsi statusuna dair arayışın verildiyi tarixdən yaranır.
Əsas imtiyazlar:
Qeyd: 11 min manat sığorta ödənişi və 3 min manat dəfn üçün maliyyə yardımı istisna olmaqla, şəhid ailələrinin (mülki və hərbi) hüquqları bərabərdir