Şriftin ölçüsü :

Saytın rəngi :

Birdəfəlik sığorta ödənişi

24 dekabr 2020 | 16:00

- Birdəfəlik sığorta ödənişi
Həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 000 manat sığorta ödənişi həyata keçirilir (“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən).
- Dəfn mərasiminin təşkili və keçirilməsi üçün maliyyə yardımı – Həlak olmuş şəxslərin valideynlərinə (nümayəndələrinə) yas mərasiminin təşkili üçün 3 000 manat məbləğində maliyyə yardımı ödənilir.
- AR Prezidentinin təqaüdü (aylıq) - şəhid ailəsinə 300 manat AR Prezidentinin təqaüdü ödənilir (ƏƏSMN tərəfindən).
- ailə başçısını itirməyə görə pensiya (aylıq) - şəhidin pensiya hüququ olduqda ailə üzvlərinə (ƏƏSMN tərəfindən).
- pensiya əlavəsi (aylıq) - şəhid ailə üzvlərinin əmək pensiyasına 93,5 manat əlavə hesablanır (ƏƏSMN tərəfindən).
- ailə başçısını itirməyə görə müavinət (aylıq) - şəhidin pensiya hüququ olmadıqda hər bir ailə üzvü 80 manat məbləğində müavinət alır (ƏƏSMN tərəfindən).
- mənzil təminatı - 01.01.2014-cü ilədək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailə üzvlərinin mənzil və ya fərdi evlə təmin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılır. Bu tarixdən sonra yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
- sanatoriya-kurort müalicəsi - şəhid ailə üzvləri tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində pulsuz sanatoriya-kurort müalicəsi ilə təmin edilirlər (ƏƏSMN tərəfindən).
- təhsil - şəhid uşaqları təhsil haqqını ödəməkdən azad olunurlar (Təhsil Nazirliyi tərəfindən).

Keçidlər