Abşeron rayonu Saray qəsəbəsində məskunlaşan rayon sakinlərinin müraciətləri dinlənilib.
23 fevral 2023 | 15:38
Abşeron rayonu Saray qəsəbəsində məskunlaşan rayon sakinlərinin müraciətləri dinlənilib.
23 fevral 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov növbəti səyyar qəbulu Abşeron rayonu Saray qəsəbəsində məskunlaşan rayon sakinləri ilə keçirib.
Dövlət başçısının göstərişinə uyğun olaraq yerlərdə keçirilən səyyar qəbul-görüşlər insanların gündəlik qayğı və problemlərinin öyrənilməsinə, onları narahat edən məsələlərin yerində araşdırılmasına, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olmaq məqsədini daşıyır.
Vətəndaşların maneəsiz, könüllü şəkildə fikir və istəklərinin rayon rəhbərliyinə çatdırılmasına tam şəraitin yaradıldığı qəbul-görüşdə Eyvaz Hüseynov icra hakimiyyətinin səlahiyyətlərinə aid olan obyektiv qaldırılan bütün məsələlərin yerindəcə həllinə göstərişlərini verib, həlli icra hakimiyyətinin səlahiyyətləri daxilində olmayan məsələlərlə bağlı aidiyyəti qurumlara müraciət olunması və vətəndaşlara nəticəsi barədə məlumat verilməsini səlahiyyətli şəxslərə tapşırıb.
Sakinlər fikir və istəklərini rahat və açıq şəkildə ifadə edə bildikləri üçün razılıqlarını bildiriblər. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində sosial-iqtisadi vəziyyətlərinin günü-gündən yaxşılaşdığına görə onlara səmimi təşəkkür və minnətdarlıqlarını ifadə ediblər.