Bakı şəhəri Xətai rayonunda məskunlaşan rayon sakinləri ilə görüş keçirildi
18 avqust 2023 | 11:22
Bakı şəhəri Xətai rayonunda məskunlaşan rayon sakinləri ilə görüş keçirildi.
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması üçün Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov hər həftə müxtəlif rayonlarda məskunlaşan rayon sakinləri ilə görüşür, onların təklif və problemlərini dinləyir.
RİH başçısı Eyvaz Hüseynov bu dəfə Bakı şəhəri Xətai rayonunda məskunlaşan rayon sakinləri ilə görüşüb.
Görüş zamanı icra başçısı bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan ordusu tərəfindən işğaldan azad olunmuş ərazlərdə genişmiqyaslı quruculuq işləri aparılır, infrastruktur layihələr həyata keçirilir, yollar çəkilir, körpülər salınır, şəhərlər, kəndlər, qəsəbələr bərpa olunur. Artıq işğaldan azad olunmuş ərazilərə köç prosesi start götürüb və bütün keçmiş məcburi köçkünlər öz döğma ocaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
Bu gün işğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi Xocavənd rayonunun Hadrut qəsəbəsində geniş bərpa və yenidənqurma işlərinə start verilir , yeni yaşayış massivi ilə yanaşı müxtəlif obyektlərin təməlləri qoyulur. Möhtərəm Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə rayonun Tuğ kəndinin tarixi əhəmiyyətini nəzərə alaraq, ətraf ərazilərdə mədəni və təbii irsin kompleks şəkildə qorunması, habelə burada turizmin inkişaf etdirilməsi məqsədilə kəndin ərazisinin “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu elan edilməsi kənd sakinləri, eləcədə bütün xocavəndlilər tərəfindən böyük rəğbət və sevinc hissi ilə qarşılanmışdır.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, sakinlərlə kəndin ümumi problemləri müzakirə olunub.
Eyni zamanda fərdi şəkildə müraciət etmək istəyən sakinlərin qəbulu keçirilib.