12 dekabr Ulu Öndər Heydər Əliyevin Anım Günü münasibətilə silsilə tədbirlər keçirilir
10 dekabr 2025 | 16:49
12 dekabr Ulu Öndər Heydər Əliyevin Anım Günü münasibətilə silsilə tədbirlər keçirilir.
12 dekabr Azərbaycan xalqı üçün dərin kədər və ehtiram günü kimi qeyd olunur. Bu münasibətlə Qaradağlı kənd tam orta məktəbində tədbir keçirilib.
Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi, ölkənin inkişaf strategiyasının müəyyənləşdirilməsi və xalqın rifahının yüksəldilməsi üçün misilsiz xidmətlər göstərmiş böyük liderdir. Onun uzaqgörən siyasəti, qətiyyəti və xalqına olan sarsılmaz sevgisi Azərbaycanı ağır sınaqlardan çıxarmış, ölkəyə sabitlik və inkişaf yolu açmışdır.
Bu gün onun ideyaları, irəli sürdüyü dövlətçilik prinsipləri və yaratdığı möhkəm təməl Azərbaycan xalqını daha güclü gələcəyə aparır. Ulu Öndərin zəngin irsi hər bir azərbaycanlı üçün örnəkdir və daim qürurla xatırlanır.






