12 yanvar 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Ağcabədi rayonu ərazisində salınmış 556 ailəlik hündürmərtəbəli yaşayış massivində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir.
12 yanvar 2024 | 10:18
Ağcabədi rayonunda məskunlaşan rayon sakinlərinin problemləri dinlənilib. 12 yanvar 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Ağcabədi rayonu ərazisində salınmış 556 ailəlik hündürmərtəbəli yaşayış massivində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir. Qəbulda vətəndaşların təklifləri və onları narahat edən problemlər dinlənilib. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.