Xocavənd Rayon İcra Hakimiyyəti Başçısının Kuropatkin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin “ 2013-cü il ərzində görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr” barədə hesabat iclası kecirilmişdir.
24 yanvar 2014-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin akt zalında Xocavənd Rayon İcra Hakimiyyəti Başçısının Kuropatkin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin “2013-cü il ərzində görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr” barəsində hesabat yığıncağı keçirilmişdir. Toplantıda Rayon İcra Hakimiyyətinin başçısının müavinləri iştirak etmişdir. İclası giriş nitqi ilə açan Kuropatkin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Baris Alışov 2013-cü il ərzində görülmüş işlər barəsində ətraflı məlumat vermişdir. Videokonfrans vasitəsi ilə Bakı və Sumqayıt şəhərlərində məskunlaşmış Kuropatkin kənd sakinləri də birbaşa islasa qoşulmuş, yerlərdən sakinlərin çıxış və təklifləri dinlənilmişdir. İclasın sonunda qarşıda duran vəzifələrə dair qərar qəbul olunmuşdur.