Şriftin ölçüsü :

Saytın rəngi :

"Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır."

10 yanvar 2021 | 16:00

Quliyeva Tamella: "Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır."
      Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda səsləndirilən rəqəmlər bu ilin də Azərbaycan tarixinə uğurlu il kimi yazılacağına əsas yaradır.
   2019-cu ilin sonundan etibarən Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar iqtisadiyyatda şəffaflığın səviyyəsini artırdı, iqtisadi inkişafın yeni mənbələrinin tapılmasına imkan yaratdı, qeyri-neft sektorunun sürətli inkişafını təmin etdi. Təbii ki, bütün bu nəticələr özünü həm də dövlət büdcəsinin gəlirlərinin yüksəlməsində, ixracın və Azərbaycanın strateji valyuta ehtiyatlarının həcminin artmasında göstərdi.
     Dövlətimizin başçısı daim sosial problemlərin həllini diqqət mərkəzində saxladığına görə yaranmış imkanların, ilk növbədə, məhz sosial sferaya yönəldilməsini təmin edib.
     2020-ci il makro iqtisadi stabillik, yenidənqurma və iqtisadi yüksəlişə dəstək siyasəti ili kimi yadda qaldi.
     Pandemiyanin təsiri ilə cari ilin 1-ci yarısında bank sektorunda müşahidə olunan dalğalanmalar cari ilin ikinci yarısından etibarən stabilləşib.Bank sektorunun aktivləri cari ilin sonuna doğru davamlı olaraq sabitlik və artım meylləri göstərmişdir.2020-ci ilin 11 ayının nəticələrinə əsasən 30. 7milyard manata çatmışdır. Digər tərəfdən bankların əməliyyat mənfəəti üzrə davamlı müsbət dinamika müşahidə olunmuşdur.Regulyativ islahatların nəticəsi olaraq kredit portfellərinin keyfiyyət əmsalı yaxşılaşdırılmışdır. Qeyri-işlək kreditlərin ümumi həcmi 922 milyon manat olmuş və ümumi portfeldə  xüsusi çəkisi  6.3  faiz azalmışdır.Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz azdır.
    Sektorun stabilliyi baxımından xüsusi əhəmiyyətə malik məsələlərdən biri də uzunmüddətli kreditləşmə meyllərinin yaranması olub.Cari ilin analizləri onu göstərir ki, 4 bankın sistemdən kənarlaşdırılmasınin əmanət ve depozitlərdəki azalmaya təsirləri artıq stabilləşmə meylləri ilə müşayiət olunmaqdadır.Depozitlərin keyfiyyət göstəriciləri üzrə tendensiyalar pozitiv dinamika ilə yaxşılaşmışdır.Belə ki ötən il müşahidə olunmaqda olan əmanətlərin və  kredit portfellərinin edollarizasiyasi prosesi cari ildə də davam edibş İl ərzində depozitlərin tərkibində manatın xüsusi çəkisi artıb 42 % -ə çatıb ki,bu da son 5 ildə müşahidə olunan ən yüksək göstəricidir. Milli valyutanın dayanıqlılığına olan etimadın  artmasına göstərilən ən yaxşı indikator hesab oluna bilər.
    Bu il Azərbaycanda məcmu dövlət borcunun ümümdaxili məhsula nisbətinin dünya üzrə orta göstəricidən təxminən 4 dəfə az olduğu qeyd edilib. Avropa Yenidənqurma və İnkişaf Bankının sözlərinə əsasən orta gəlirli ölkələrin 30 %-i, aşağı gəlirli ölkələrin isə 50%-də borc böhranı planlaşdırılır.Azərbaycan qarşılaşdığı xarici şoklarla mübarizədə xarici deyil öz resurslarına əsaslanmaqla borc dayanıqlılığını qoruya bilmişdir.2020-ci ildə dövlət büdcəsinin azalan gəlirləri və artan xərclərinin tarazlaşdırılması üçün fiskal fəzadan istifadə etməklə büdcə dürüstləşdirlməsi çərçivəsində 2.3 milyard manatlıq əlavə maliyyə təminatı yaradılmışdır.Büdcə qaydasının tətbiqinin müvəqqəti dayandırmaqla 2020-ci ildə yumşaq kontur tipli büdcə siyasətinin həyata keçirilməsi böhranla mübarizədə  effektiv olmuşdur.
    2020-ci ildə pul təklifinin artması və uçot dərəcəsinin azaldılması fonunda manetar siyasətin yumşaldılması fiskal genişlənmə siyasəti ilə əlaqələndirilmişdir.Beləliklə fiskal və manetar siyasətin  əsas hədəfi makro iqtisadi sabitlik və iqtisadi aktivlik arasında optimal balansın qorunması olmuşdur.
    Pandemiya  əleyhinə mobilizasiya olunan 3.5 milyard  manatlıq vəsait  hesabına iqtisadi geriləmə yumşaldılıb, makro iqtisadi sabitlik qorunub,məşğulluğa dəstək verilib, sahibkarlara kömək olunub,sosial layihələr genişləndirilib,zəmanət və subsidiyalar verilib.
   Bundan əlavə qeyri- neft sənayesi də 11%-dən  çox artma ilə müşayiət olunub.
   Kənd təsərrüfatında 2 % artım olmuşdur.
   Orta əmək haqqı 13-14% artmışdır.
   Sosial sahə ilə bağlı da dəyişikliklər edilmişdir.9000-dən çox şəhid ailəsi evlərlə təmin olunmuşdur.
  Cənub Qaz Dəhlizinin təşəbbüskarı da  Azərbaycan olub.Əsas maliyyə yükü də Azərbaycn üzərinə düşmüşdür. Prezident İlham Əliyev bildirmişdir ki,bir cox ölkələri birləşdirən Cənub Qaz Dəhlizi gələcəkdə o ölkələr və digər Avrasiya ölkələri arasında yeni əməkdaşlıq formatının təməlini qoyur.

Keçidlər