17 yanvar 2014-cü il tarixdə Mədəniyyət evində “20 Yanvar hadisələri, tariximizin həm faciə, həmdə qəhrəmanlıq səhifəsi kimi” başlığı altında ədəbi-bədii kompozisya təşkil edilmişdir.
Xocavənd rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 2013-cü il tarixli 71 saylı Sərəncamı ilə təsdiq edilmiş 20 Yanvar faciəsinin 24-cü ildönümünün keçirilməsinə dair “Tədbirlər planı”nın icrasını təmin etmək məqsədi ilə Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi və Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə 17 yanvar 2014-cü il tarixdə Mərkəzi Rayon kitabxanasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Qara yanvar, qırmızı qərənfillər” başlığı altında kitablardan ibarət sərgi və foto stend hazırlanmış, Xocavənd Rayon Mədəniyyət evində “20 Yanvar hadisələri, tariximizin həm faciə, həmdə qəhrəmanlıq səhifəsi kimi” başlığı altında ədəbi-bədii kompozisya təşkil edilmişdir.