Şriftin ölçüsü :

Saytın rəngi :

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Şahmat üzrə 8, 10, 12, 14 və 16 yaşadək oğlan və qızlar arasında Xocavənd rayon birinciliyi keçirilmişdir

29 yanvar 2014 | 16:00

28 yanvar 2014-cü il tarixdə “Xocavənd” qəsəbəsində yerləşən Xocavənd rayon Mədəniyyət evində Rayon İcra Hakimiyyəti, Gənclər və İdman  İdarəsi və Xocavənd Rayon Şahmat məktəbinin birgə təşkilatçılığı ilə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Şahmat üzrə  8, 10, 12, 14 və 16 yaşadək oğlan və qızlar arasında Xocavənd rayon birinciliyi keçirilmişdir. Azərbaycan şahmatının tanınmış simalarından biri olan qrossmeyster Vüqar Həşimovun əziz xatirəsini yad etmək, rayonda şahmatı daha da inkişaf etdirmək və təbliğ etmək, məktəbli şahmatçılar arasında idman və dostluq əlaqələrini möhkəmləndirmək, perspektivli şahmatçıları aşkar etmək məqsədi ilə keçirilən yarışda 86 nəfər iştirak edirdi. Sonda Xocavənd rayon Şahmat məktəbinin 8, 10, 12, 14 və 16 yaşadək oğlan və qızlarının qatıldığı rayon birinciliyinin qalibləri diplomla təltif olundu, qiymətli hədiyyələrlə mükatlandırıldı.

Keçidlər