Şriftin ölçüsü :

Saytın rəngi :

“Erməni vəhşiliyinin nümunəsi: Xocalı soyqırımı” mövzusunda videokonfrans keçirildi.

25 fevral 2021 | 16:00

     25 fevral 2021-ci il tarixdə Xocavənd, Şuşa, Xocalı, Laçın, Qubadlı, Kəlbəcər, Zəngilan, Füzuli, Cəbrayıl və Ağdam rayonlarının gənclər və idman idarələrinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Erməni vəhşiliyinin nümunəsi: Xocalı soyqırımı” mövzusunda videokonfrans keçirildi.
    Erməni cinayətkarlarının Azərbaycan xalqına, habelə bəşəriyyətə qarşı törətdiyi bu qətliam barədə gənclərin ətraflı məlumatlandırılması, soyqırım qurbanlarının əziz xatirəsinin yad edilməsi məqsədi ilə təşkil olunmuş videokonfransda 109 nəfər iştirak etmişdir. Tədbirdə erməni təcavüzkarlarının azərbaycanlılara qarşı törətdiyi dəhşətli cinayətlərdən, Vətən müharibəsində misilsiz qələbəmizdən bəhs edən, gəncləri tariximizi unutmamağa səsləyən çıxışlar səslənilmiş, mövzu ilə bağlı gənclərin fikirləri dinlənilmişdir.

Keçidlər