2017-ci ilin Fevral Şəhidlərinin xatirəsi yad edilib.
2017-ci ilin Fevral Şəhidlərinin xatirəsi yad edilib.
Xocavənd qəsəbəsində 2017-ci ilin fevral ayının 24-dən 25-nə keçən gecə erməni silahlı qüvvələrinin növbəti təxribatının qarşısını alan zaman Şəhid olmuş kəşfiyyatçıların xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə şəhidlərin ailə üzvləri, Müdafiə Nazirliyinin və Xocavənd Rayon İcra Hakimiyyətinin nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər. Tədbir iştirakçıları öncə Xocavənd qəsəbəsində Şəhidlərin xatirəsinə ucaldılmış abidənin qarşısına gül dəstələri qoymuşlar. Mərasimdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 2017-ci il fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhənin Xocavənd istiqamətində törətdiyi irimiqyaslı təxribatın qarşısını alarkən şəhid olan hərbçilərimizin ailələrinə və yaxınlarına rayon ictimaiyyəti adından baş sağlığı vermiş, Azərbaycanın süverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləmişdir. Başçı 2017-ci il fevralın 24-dən 25-nə keçən gecə baş vermiş hadisədən söz açaraq hərbiçilərimizin həmin əməliyyat zamanı göstərdikləri fədakarlıqların bir qəhrəmanlıq nümunəsi olduğunu bildirmişdir. Daha sonra iştirakçılar Salakətin kənd tam orta məktəbində Şəhidlərin adı verilmiş siniflərdə olmuş, şagirdlər vətənpərvərlik ruhlu çıxışlar etmişlər. Şəhid valideynləri şəhidlərin adları verilmiş siniflərin şagirdləri ilə söhbət edərək, övladlarının məktəb illəri haqqında xatirələrini danışıblar.