Xocavənd rayonu ərazisində xeyli sayda partlamamış hərbi sursat aşkarlanıb.
24 yanvar 2014 | 16:00
Xocavənd rayonu ərazisində xeyli sayda partlamamış hərbi sursat aşkarlanıb. 23 yanvar 2014-cü il tarixdə Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun təmas xəttinə yaxın olan Ağburun adlanan ərazidə 50 ədəd 82 mm-lik minatan mərmiləri aşakar edilib.Mərmilərin tapıldığı əraziyə Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə agentliyin nümayəndələri cəlb edilib.
ANAMA mütəxəssisləri tərəfindən minaatan mərmilər zərərsizləşdirilmək üçün partlayış meydançasına gətirilib.