Vətən müharibəsində şəhid olmuş və yaralanmış şəxslərin ailələrinə ərzaq bağlamaları verilib.
15 mart 2021 | 16:00
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Vətən müharibəsində şəhid olmuş və yaralanmış şəxslərin ailələrinə, eyni zamanda Xocavənd rayon HİK-nin tərkibinə daxil olan ilk təşkilatlarda çalışan və Beyləqan rayon ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbələrdə məskunlaşmış aztəminatlı ailələrə ərzaq bağlamaları göndərib.