Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyətində videomüşavirə keçirilib.

30 aprel 2021 | 16:00

    Müşavirədə Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov, inzibati ərazi dairələri üzrə nümayəndələr, idarə və təşkilat müdirləri iştirak ediblər. Online müşavirədə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirdi ki, hazırda dünyanın ən böyük problemi olan koronavirus pandemiyasının qarşısının alınması məqsədilə bütün dövlətlər qabaqlayıcı tədbirlər görür, virusun təsirinin azaldılması üçün addımlar atırlar. Dünyada “COVİD-19” infeksiyasının artım tempi, insanlar və bəşəriyyət üzərindəki fəsadları hər birimizin gözləri önündə cərəyan etməkdədir.
       Dünya ölkələrində olduğu kimi, ölkəmizdə də əhalinin təhlükəsizliyi və sağlamlığının qorunması üçün effektiv, ən təxirəsalınmaz tədbirlər uğurla həyata keçirilir. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə təhlükəli virusdan vətəndaşlarımızın sağlamlığının qorunması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması ilə bağlı görülən mühüm işlər uğurlu nəticələrini göstərməkdədir.
     Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesi uğurla davam etdirilir. Bundan sonra da bu işlərdə əhali arasında maarifləndirmə işini artırmalı, əhalinin onlayn növbə götürmələrinə, peyvənd olunmaq üçün məntəqələrə gəlmələrinə köməklik göstərilməlidir. Eyni zamanda ərazilərdə karantin rejiminə əməl olunmasına diqqət artırılmalı, kütləvi tədbirlərin qarşısı alınmalı, əhalinin tibbi maskalardan istifadəsinə nəzarət gücləndirilməlidir.

Keçidlər